CƏMİYYƏT


Gənclər Təşkilatları Milli Şurası “Nifrət nitqinə yox” hərəkatı çərçivəsində aksiya keçirib

A+ A

Bakı, 26 iyul, AZƏRTAC

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) “Nifrət nitqinə yox hərəkatı” kampaniyası çərçivəsində “Avropa nifrət cinayətləri və qurbanları günü” münasibətilə “ParkBulvar” ticarət mərkəzində aksiya keçirib.

Şuradan AZƏRTAC-a bildiriblər ki, aksiyanın məqsədi insanları nifrət cinayətləri və onun qurbanları, ümumilikdə "Nifrət nitqinə yox hərəkatı" kampaniyası haqqında məlumatlandırmaqdır.

Tədbirdə iki gənc karikaturaçı aksiyaya maraq göstərən gənclərin karikaturalarını çəkib. Onlardan biri gəncləri müsbət emosiyada, digəri isə qəzəbli halda təsvir edərək onları nifrət nitqinin aktoru kimi təsvir edib. Hər iki nəticə ətrafdakı insanlara göstərilərkən onların reaksiyası maraq doğurub. Aksiya zamanı təşkilatçılar tərəfindən insanlar nifrət nitqi və nifrət cinayətləri haqqında maarifləndirilib, onlara “Nifrət nitqinə yox hərəkatı” kampaniyası barədə ətraflı məlumat verilib.

“Nifrət nitqinə yox hərəkatı” kampaniyası Avropa Şurası tərəfindən həyata keçirilir və onun üzvü olan ölkələrdə təşkil olunan kampaniyalara əsaslanır. Kampaniya 2012-2014-cü illər üzrə həyata keçirilən “Gənclərin nifrət nitqinə qarşı onlayn mübarizəsi” layihəsinin bir hissəsidir.

Kampaniyanın Azərbaycan üzrə əlaqələndiricisi ARGTMŞ 2013-cü ilin aprelindən Avropa Şurasının “Nifrət nitqinə yox hərəkatı”na qoşulub və bu çərçivədə bir sıra tədbir təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.