CƏMİYYƏT


Gənclər Təşkilatları Milli Şurasının sədr müavini Avropa Gənclər Forumu komissiyasının üzvü seçilib

A+ A

Bakı, 20 noyabr, AZƏRTAC

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədr müavini Aysun Zeynalova Avropanın ən böyük platforması olan Avropa Gənclər Forumunun yeni üzvlərin qəbulu komissiyasının üzvü seçilib. Seçkilər 2017-ci ilin Avropa Gənclər Paytaxtı Bolqarıstanın Varna şəhərində Forumun Baş Assambleyasında keçirilib.

Milli Şuradan AZƏRTAC-a bildirilib ki, tədbir Avropa Gənclər Forumunun illik hesabatının qəbul olunması, yeni rəhbərliyin, idarə heyətinin və təşkilatın yeni üzvlərinin seçilməsi məqsədilə təşkil edilib.

Baş Assambleyada forumun yeni prezidenti, yeni vitse-prezidentlər, idarə heyətinin üzvləri və yeni üzvlərin qəbulu komissiyasının üzvləri seçilib. Milli Şuranın Avropa gənclər platformalarında fəal iştirakının nəticəsi olaraq təşkilatın sədr müavini Forumun yeni üzvlərin qəbulu komissiyasının üzvü seçilib. Milli Şuranın sədr müavininin vəzifəsi foruma yeni üzvlərin qəbulu prosesinin həyata keçirilməsi və onların üzvlük kriteriyalarına uyğunluğunun yoxlanılması olacaq.

Xatırladaq ki, Avropa Gənclər Forumu 1996-cı ildə təsis olunub və bu gün Avropanın 40 ölkəsinin 38 gənclər milli şurasını və 61 beynəlxalq QHT-ni birləşdirərək 10 milyondan çox gəncin maraqlarını əks etdirir. Təşkilatın əsas məqsədi gənclərin vətəndaş cəmiyyəti quruculuğunda iştirakının təmin edilməsi və gənclər təşkilatlarının fəaliyyətlərinin gücləndirilməsidir. ARGTMŞ ölkəmizin ən böyük milli gənclər platforması kimi 1997-ci ildən Avropa Gənclər Forumunun üzvüdür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.