İDMAN


Gənclər “Velosiped sürməyin insan orqanizminə faydaları” mövzusunda seminarda iştirak ediblər

A+ A

Bakı, 31 oktyabr, AZƏRTAC 

Azərbaycan Velosiped İdmanı Federasiyası və “İB Club”un təşkilatçılığı ilə Respublika Velotrekində gənclər üçün seminar təşkil olunub.

AZƏRTAC xəbər verir ki, seminarda 80-ə yaxın gənc iştirak edib.

“Velosiped sürməyin insan orqanizminə faydaları” mövzusuna həsr olunmuş seminardan əvvəl iştirakçılar Respublika Velotrekində idmançılar üçün yaradılan şərait və Velosiped Muzeyi ilə tanış olublar.

Tədbir zamanı iştirakçılara əyani vəsaitlər vasitəsilə velosiped sürməyin insan sağlamlığına xeyirli tərəfləri barədə məlumat verilib, gənclər arasında maarifləndirmə işlərinin genişləndirilməsinin vacibliyi vurğulanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.