İDMAN


Gənclər arasında 25 metr məsafəyə tapança ilə güllə atıcılığı yarışında Bolqarıstan təmsilçisi qalib gəlib

Bakı, 28 iyul, AZƏRTAC 

Atıcılıq üzrə Avropa çempionatında gənclər arasında 25 metr məsafəyə tapança ilə güllə atıcılığı üzrə qadınların yarışı Bolqarıstan təmsilçisinin qələbəsi ilə başa çatıb.

AZƏRTAC xəbər verir ki, bolqarıstanlı Miroslava Minçeva bütün rəqiblərinə qalib gələrək 33 xalla qızıl medala sahib olub.

Çexiyalı Anna Dedova 30 xalla ikinci, Macarıstan təmsilçisi Veronika Major isə 25 xalla üçüncü yerdə qərarlaşıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.