CƏMİYYƏT


Gənclər arasında “Etik kadrlar” sosial çarx müsabiqəsinə start verilib

A+ A

Bakı, 6 avqust, AZƏRTAC

Prezident yanında Gənclər Fondunun maliyyə, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilati dəstəyi ilə “Etik kadrlar” sosial çarx müsabiqəsinə start verilib.

Fonddan AZƏRTAC-a bildiriblər ki, layihənin məqsədi gənclər arasında ictimai davranış qaydalarının təbliği, onların maarifləndirilməsi və gənc istedadların üzə çıxarılmasıdır.

Müsabiqə üçün hazırlanan sosial çarxlarda ictimai davranış qaydalarında mövcud problemlər gənclərin gözü ilə təqdim olunacaq və onların aradan qaldırılması yolları araşdırılacaq. Ekspertlər tərəfindən seçiləcək ən yaxşı üç sosial çarxın sahibləri diplomla təltif olunacaq.

Müsabiqəyə qatılmaq istəyən gənclər ictimai davranış qaydaları mövzusunda hazırladıqları sosial çarxı avqustun 30-dək [email protected] elektron ünvanına göndərməlidirlər. Ətraflı məlumatı Gənclər Fondunun saytından (http://youthfoundation.az) öyrənmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.