İDMAN


Gənclər arasında cüdo üzrə Azərbaycan birinciliyinə start verilib

Bakı, 29 iyun, AZƏRTAC

Bu gün “Sərhədçi” İdman Olimpiya Mərkəzində 23 yaşadək gənclər arasında cüdo üzrə Azərbaycan birinciliyinə start verilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə keçirilən ölkə birinciliyində 46 klubdan 333 cüdoçu (288 oğlan, 45 qız) qüvvəsini sınayır.

İki gün davam edəcək yarışın ilk günündə 181 cüdoçu tatami üzərinə çıxır.

Bu gün qızlarda 48, 52, 57, 63, 70, 78 kiloqram və 78 kiloqramda yuxarı çəki dərəcələrində, oğlanlarda isə 60 və 66 kiloqram çəkidə iştirakçılar medallar uğrunda mübarizə aparırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.