REGİONLAR
Gənclər arasında kompyuter oyunları üzrə Milli Çempionatın zona yarışının final mərhələsi keçirilib
Şəmkir, 19 avqust, AZƏRTAC
Şəmkirdə rayon gənclər və idman idarəsinin təşkilatçılığı ilə gənclər arasında kompyuter oyunları üzrə X Azərbaycan Milli Çempionatının zona yarışının final mərhələsi keçirilib. Yarışda Şəmkir, Ağstafa, Daşkəsən, Gədəbəy, Gəncə, Goranboy, Göygöl, Qazax, Naftalan, Samux və Tovuz rayonlarının komandaları və fərdi oyunçuları iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, tədbiri rayon gənclər və idman idarəsinin rəis müavini Elçin Cəfərov açaraq iştirakçıları salamlayıb, onlara uğurlar arzulayıb.
Sonra Azərbaycan Kiber İdman Federasiyasının prezidenti Ramil Əliyev yarışın iştirakçılarına oyunun keçirilmə qaydaları və şərtlərini izah edib.
Yarışda komanda oyununda I yerə Şəmkir, II yerə Naftalan, III yerə Daşkəsən komandaları layiq görülüb. "FIFA 2016" fərdi oyununda isə Elnur Mirzəyev qalib olub.
Sonda qaliblər fəxri fərman və diplomlarla təltif edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [15:52]
Naxçıvandan Türkiyəyə ilk dəfə taxıl məhsulları ixrac olunub
- 24.04.2024 [15:31]
Xaçmazdakı aqroparklarda süd məhsuldarlığında rekord nəticə qeydə alınıb
- 24.04.2024 [15:01]
Naxçıvanda “BOOKFEST” kitab sərgisi keçiriləcək
- 24.04.2024 [13:52]
Gələn aydan Şuşada elektrik avtobuslar istifadəyə veriləcək
- 24.04.2024 [12:53]
Naxçıvanda ticarət obyektlərində saxta alkoqollu içkilər aşkarlanıb
- 23.04.2024 [17:45]