CƏMİYYƏT


Gənclər arasında radikal dini təriqətlərlə bağlı maarifləndirmə işləri aparılır

A+ A

Bakı, 11 avqust, AZƏRTAC

“Gənclərin radikal dini təriqətlərə qoşulmasının qarşısının alınması” layihəsi çərçivəsində növbəti tədbir Bakının Nizami rayonundakı Namiq Həmzəyev adına 238 nömrəli məktəbdə keçirilib. Tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “Resurs” Gənclərin İnkişafı İctimai Birliyi tərəfindən təşkil olunub.

Fonddan AZƏRTAC-a bildiriblər ki, təhsil ocağının direktoru İlqar Talıbov, İctimai Birliyin sədri Samir Mehdizadə, rayon icra hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova və digərləri çıxışlarında yeniyetmə və gənclər arasında dini maarifləndirmə işlərinin aparılmasının vacibliyini qeyd ediblər. Bildirilib ki, radikal dini təriqətlərin yayılmasına yol verməmək üçün gənclər elmə, təhsilə ciddi fikir verməli, geniş məlumatlı olmalıdırlar.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.