CƏMİYYƏT


Gənclər cəbhə bölgəsində döyüşçülər və şəhid ailələri ilə görüşüblər

A+ A

Bakı, 24 avqust, AZƏRTAC

“Bakı Gənclər Klubu” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Biz onlardan öyrəndik qəhrəmanlığı!” adlı layihənin icrasını başa çatdırıb.

Fonddan AZƏRTAC-a bildiriblər ki, layihənin məqsədi gənclər arasında qəhrəmanlıq nümunələrini təbliğ etmək, vətənpərvərlik ruhunun yüksəlməsi istiqamətində və vətəndaşlıq tərbiyəsi sahəsində aparılan işlərin səmərəsini artırmaq, həmçinin Qarabağ müharibəsində şücaət göstərmiş qəhrəman döyüşçülərimizi gənclərimizə tanıtmaqdan ibarət idi.

Layihə çərçivəsində keçirilən təlimlərdə gənclərə Qarabağ müharibəsinin başlanma səbəbləri, işğalın nəticələri barədə məlumatlar verilib. Həmçinin döyüşçülər və şəhid ailələri ilə görüşlərin keçirilməsi üçün Füzuli, Ağdam, Tərtər, Xocavənd, Beyləqan rayonlarına səfərlər təşkil olunub. Səfərlər zamanı əldə edilən məlumatlar layihə çərçivəsində çap olunmuş nəşrlərdə öz əksini tapıb və gənclər arasında paylanılıb.

Bu səfərlərin və layihənin yekunu olaraq Qarabağ müharibəsi veteranlarının, yerli ictimaiyyətin və gənclərin iştirakı ilə Füzuli Muğam Evində tədbir keçirilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.