CƏMİYYƏT


Gənclər erkən nikahların fəsadları barədə maarifləndirilib

A+ A

Bakı, 4 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin təşkilati dəstəyi ilə həyata keçirilən “Gəlincik” layihəsi çərçivəsində növbəti təlim YAP GB-nin ofisində baş tutub.

YAP GB-dən AZƏRTAC-a bildiriblər ki, tədbirdə çıxış edən Bəyim Məmmədli müəllifi olduğu layihənin əhəmiyyəti barədə məlumat verib, məqsəd və vəzifələrdən danışıb.

Sonra erkən nikahlar, onun fəsadları, habelə hüquqi cəhətdən yolverilməz olduğu iştirakçıların diqqətinə çatdırılıb. Həmçinin erkən nikahlarla bağlı maarifləndirmə işlərinin mütəmadi olaraq həyata keçirilməsinin vacibliyi qeyd edilib.

Təlimdə mövzu ətrafında səmərəli müzakirələr aparılıb. Gənclər təlimdə verilmiş praktiki tapşırıqların icrası zamanı üzləşdikləri çətinliklər barədə fikirlərini səsləndiriblər.

Sonda iştirakçı gənclərin sualları cavablandırılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.