CƏMİYYƏT
Gənclər təşkilatları arasında peyntbol üzrə çempionat təşkil olunub
Bakı, 29 mart, AZƏRTAC
Gənclər təşkilatları arasında peyntbol üzrə çempionat təşkil olunub.
AZƏRTAC xəbər verir ki, 20 gənclər təşkilatının qatıldığı çempionatın növbəti qarşılaşmalarında “Sağlam İnkişaf və Maarifləndirmə” İctimai Birliyinin təmsilçiləri “Şərqi Avropada Təhsil Alan Azərbaycanlı Tələbələr və Məzunlar” İctimai Birliyinin komandasını məğlub edib. “AİESEC Azərbaycan” Beynəlxalq Tələbə Gənclər Təşkilatının komandası isə Gənc Diplomatlar Birliyinin kollektivindən üstün olub.
Çempionat “İrəli” İctimai Birliyi, Azərbaycan Gənc Hüquqşünaslar Birliyi və Gənclər üçün Təhsil Mərkəzinin təşkilatçılığı, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə, Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi və Azərbaycan Respublikası Peyntbol Federasiyasının təşkilatı dəstəyi ilə keçirilib.