CƏMİYYƏT


Gənclər təşkilatlarının nümayəndələri Heydər Əliyev adına Bakı neft emal zavodunda olublar

Bakı, 21 iyun, AZƏRTAC

Gənclər Təşkilatları Milli Şurasının (GTMŞ) təşkil etdiyi məlumat turunun növbəti ünvanı Bakı neft emalı zavodu olub.

Şuradan AZƏRTAC-a bildiriblər ki, tədbirdə Şuranın üzvlərinə zavodun strukturu və fəaliyyəti istiqamətləri haqqında ətraflı məlumat verilib. Gənclər zavodun ərazisində yerləşən əsas istehsal qurğuları və Heydər Əliyev muzeyi ilə tanış olublar. İştirakçılara müəssisə tərəfindən gənclərlə birgə keçirilən layihələr haqqında məlumat verilib, zavodun 60 illik yubileyinə həsr olunmuş videoçarx nümayiş olunub, onların sualları cavablandırılıb.

GTMŞ-nin baş katibi Leyla İsrafilova məlumat turundan məmnunluğunu ifadə edərək deyib: “Şura ölkəmizin mühüm dövlət qurumlarına, özəl sektora aid müəssisələrə mütəmadi məlumat turları təşkil edir. Bu gün neft emalı zavoduna təşkil olunan məlumat turunda qurumun ölkə üçün əhəmiyyəti, neft sektorunun inkişafında oynadığı rol və digər məsələlər haqqında gənclərə ətraflı məlumat verildi. Şura ilə Bakı neft emalı zavodu arasında əməkdaşlıq bundan sonra da uğurla davam edəcək”.

Şuranın üzvü olan “Azərbaycan-Slavyan Gənclər Assosiasiyası” İctimai Birliyinin sədri Səbuhi Abbasov məlumat turlarının gənclərin maariflənməsi və onların ictimai-siyasi fəallıqlarının artırılması baxımından əhəmiyyətini qeyd edib.

Heydər Əliyev adına Bakı neft emal zavodu yarandığı gündən Azərbaycanın yanacaq istehsalı sektorunda qabaqcıl müəssisəyə çevrilib. Əlli ildən çox müddətdə zavodda 300 milyon tondan çox neft emal olunub, yeni qurğular tikilib, müasir texnologiya tətbiq edilib. Zavod respublikanın neft məhsullarına olan tələbatı tam ödəyir. Belə ki, müasir standartlara cavab verən neft emalı zavodu Azərbaycanın neft sektorunun inkişafına, beynəlxalq aləmdə nüfuzunun artmasına öz töhfəsini verir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.