CƏMİYYƏT


Gənclər təşkilatlarının nümayəndələri Vergilər Nazirliyində seminarda iştirak ediblər

Bakı, 2 fevral, AZƏRTAC

Gənclər Təşkilatları Milli Şurası (NAYORA) və Vergilər Nazirliyi tərəfindən gənclər təşkilatları üçün məlumatlandırıcı seminar keçirilib. Milli Şuranın proqramı olan “Gənclər Təşkilatları İdarəetmə Akademiyası” çərçivəsində keçirilən seminarda Vergilər Nazirliyinin vergi siyasəti və strateji araşdırmalar departamentinin baş direktoru Samirə Musayeva “Vergi Məcəlləsindəki dəyişikliklərin gənclər təşkilatlarına təsiri” mövzusunda məruzə edib.

AZƏRTAC xəbər verir ki, seminar Milli Şuranın üzvü olan gənclər təşkilatlarının rəhbərliyi və maliyyə sahəsində çalışan əməkdaşlarının Vergilər Nazirliyinin ekspertləri tərəfindən məlumatlandırılması, vergilərin tam həcmdə ödənilməsi və hesabatların düzgün şəkildə tərtib edilməsini həyata keçirmək istiqamətində təlimatlandırılması məqsədilə keçirilib.

Seminarda iştirak edən Gənclər Təşkilatları Milli Şurasının rəhbərliyi və üzvü olan gənclər təşkilatlarının rəhbər şəxslərinə Vergi Məcəlləsində edilmiş son dəyişikliklər haqqında məlumat verilib. Qeyd olunub ki, Vergi Məcəlləsindəki dəyişikliklər kiçik və orta biznesin inkişafına daha əlverişli şəraitin yaradılmasını, vergi orqanları və sahibkarlıq subyektləri arasında qarşılıqlı etimadın möhkəmləndirilməsini, nağdsız əməliyyatların həcminin və vergi mühitinin cəlbediciliyinin artırılmasını təşviq edir. Vergi Məcəlləsinə edilmiş 201 dəyişiklik Azərbaycanın gənclər platforması tərəfindən yüksək qiymətləndirilib.

Sonda Vergilər Nazirliyinin mütəxəssisləri tərəfindən gənclər təşkilatlarının nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.