MƏDƏNİYYƏT


Gənclər üçün “Ədəbiyyat marafonu”

A+ A

Bakı, 10 oktyabr, AZƏRTAC

Bakıda Azərbaycan Respublikasının Prezidentinin yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə gənclər arasında bədii və elmi ədəbiyyata olan marağı artırmaq məqsədilə “Ədəbiyyat marafonu” adlı layihə keçirilib.

“Ədəbiyyat marafonu” layihəsi çərçivəsində 30 yeniyetmə və gəncin iştirakı ilə ədəbiyyat gecəsi təşkil olunub.

Layihəsinin rəhbəri Ayşən Xəlilova AZƏRTAC-a bildirib ki, gecədə Azərbaycanın tanınmış yazarları ilə gənclərin görüşü təmin edilib və diskussiyalar aparılıb.

“Ədəbiyyat marafonu” layihəsinin növbəti günü gənclərin detektiv yazıçı Elxan Elatlı ilə görüşü olub. Yazıçılar “Azərbaycan ədəbiyyatı və xarici ədəbiyyatın fərqi” mövzusunda geniş diskussiya aparıb. Həmçinin Elxan Elatlı öz yaradıcılığı və yazdığı kitablar barədə gənclərin suallarını cavablandırıb.

Daha sonra 30 gənc arasında “Ədəbiyyat marafonu” adlı intellektual müsabiqə keçirilib. Müsabiqə iştirakçılarına sertifikatlar təqdim edilib və qaliblərə hədiyyə verilib.

Layihənin son günü iştirakçılar tərəfindən “Hər gəncə bir kitab” adlı fləşmob keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.