Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Ötən il Gənclər üçün Təhsil Mərkəzi 123 layihə icra edib

Bakı, 19 yanvar, H.Mahmudova, S.Quliyev, AZƏRTAC 

Azərbaycanın ən fəal gənclər təşkilatlarından olan Gənclər üçün Təhsil Mərkəzi (GTM) yanvarın 19-da ötənilki fəaliyyətinin yekunlarına dair hesabatını təqdim edib.

AZƏRTAC xəbər verir ki, hesabat yığıncağında məruzə ilə çıxış edən mərkəzin icraçı direktoru Fəxrəddin Həsənzadə GTM-in ötən il səmərəli fəaliyyət göstərdiyini, müxtəlif layihələr həyata keçirdiyini vurğulayıb. Bildirib ki, mərkəz başa çatmış ildə gördüyü işlərə qiymət vermək, fəaliyyətində şəffaflığı təmin etmək, o cümlədən yeni ildə qarşıda duran vəzifələr barədə ictimaiyyəti məlumatlandırmaq məqsədilə ənənəvi olaraq belə tədbirlər təşkil edir.

Məlumat verilib ki, GTM ötən illərdə olduğu kimi, 2016-cı ildə də həyata keçirdiyi tədbirlərdə Bakı, Gəncə, Mingəçevir, Qarabağ (Ağcabədi), Quba və Şirvan regional ofislərinin imkanlarından səmərəli istifadə edib. Ötən il təşkilatın əhatə dairəsi daha da genişlənib. Azərbaycanın “Gənclər paytaxtı” seçilmiş Şəmkir rayonunda GTM-in ofisi təsis olunub. Mərkəz hesabat dövründə “2015-2025-ci illərdə Azərbaycan Gənclərinin İnkişaf Strategiyası”nın prioritet istiqamətlərinə uyğun olaraq, 35-i genişmiqyaslı olmaqla 123 layihə icra edib. Həmin layihələrin maliyyələşdirilməsində Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu, UNICEF-in Bakı ofisi, Avropa İttifaqının “Gənclər fəaliyyətdə” proqramı və digər qurumlarla fəal əməkdaşlıq həyata keçirilib. Layihələr Azərbaycanın 35-dən çox şəhər və rayonunda icra olunub.

Qeyd edilib ki, hesabat dövründə - “Multikulturalizm ili” çərçivəsində Quba, Qusar, Xaçmaz və Şabran rayonlarında “Multikultural marafon” kampaniyası təşkil olunub. Kampaniya çərçivəsində Azərbaycanda multikultural dəyərlərin əsrlərdən bəri qorunub saxlandığı, ölkəmizin tolerantlıq ənənələri və mədəni dəyərləri geniş təbliğ olunub. İl ərzində gənclər arasında vətənpərvərlik ruhunun yüksəldilməsi məqsədilə ardıcıl iş görülüb. Qanlı Yanvar faciəsi, Xocalı soyqırımı, eyni zamanda, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında real faktların dünya ictimaiyyətinə çatdırılması məqsədilə sosial şəbəkələrdə beş dildə (ingilis, rus, alman, fransız, türk) virtual aksiyalar təşkil edilib, geniş təbliğat işi aparılıb. Bununla yanaşı, gənclər arasında Qarabağla bağlı silsilə intellektual bilik yarışları keçirilib, 31 Mart - Azərbaycanlıların Soyqırımı Günündə yeniyetmə və gənclərin Quba məzarlığına yürüşü təşkil edilib.

İcraçı direktor vurğulayıb ki, gənclərin rəqabətədavamlılığını təmin etmək və onların beynəlxalq aləmdə Azərbaycanın maraqlarını müdafiə etməsinə şərait yaratmaq məqsədilə beynəlxalq əməkdaşlığa üstünlük verilib. Avropa Gənclər Klubları Konfederasiyasının tamhüquqlu üzvü olan GTM vasitəsilə 50-dək gənc müxtəlif beynəlxalq tədbirlərdə Azərbaycanı təmsil edib. Avropa İttifaqının “Erasmus+” proqramı çərçivəsində də çoxlu sayda gənc müxtəlif təlim, konfrans və forumlarda iştirak edib.

Bildirilib ki, il ərzində region gənclərinin problemlərinin öyrənilməsi, onların müvafiq qurumlarla birgə müzakirəsi və gənclərlə işin prioritet olması məqsədilə Gəncə, Mingəçevirdə, Qubada və Ağcabədidə “Region gənclərinin inkişafına dəstək forum”ları keçirilib. Gənclərin yaradıcılıq potensialının üzə çıxarılması və dəstəklənməsi istiqamətində dörd regionda “Qızıl payız” gənclərin yaradıcılıq festivalı təşkil olunub. Həmçinin Gəncədə gənc rəssam Elçin Cəfərovun rəsm əsərləri nümayiş etdirilib. Gənclər tərəfindən Rəşid Behbudovun və digər görkəmli musiqiçilərimizin xatirəsinə həsr olunmuş gecələr təşkil edilib. Gənclər arasında sağlam həyat tərzinin təbliği, onların sağlamlıq imkanlarının artırılması istiqamətində də tədbirlər reallaşdırılıb.

F.Həsənzadə deyib ki, ötən il GTM region gəncləri arasında maarifçiliyin təbliği, gənclərin bilik və bacarıqlarının artırılması məqsədilə “Kitablar danışır” festivalı, məktəblilərin intellektual bilik yarışları, gənclərin ideya yarmarkalarını təşkil edib. Mərkəz ötən il gənclər arasında sosial məsuliyyətin artırılmasına yönəlmiş proqramlara da üstünlük verib. Hər il olduğu kimi, 2016-cı ildə də “QHT Məktəbi”nin yaz və payız təlimləri davam etdirilib. Əsası 2002-ci ildə qoyulmuş və bu gün də davam edən məktəbin fəaliyyətinin daha da genişləndirilməsi məqsədilə ötən il Azərbaycan Turizm və Menecment Universiteti ilə anlaşma memorandumu imzalanıb, birgə təlimlərin keçirilməsi razılaşdırılıb. Keçən il “QHT Məktəbi” Füzuli, Gəncə, Quba, Ağcabədi və Sumqayıtda da fəaliyyətə başlayıb. Gənclərin asudə vaxtının səmərəli keçirilməsi üçün Mərkəzin dağçılıq klubu tərəfindən Heydər Əliyev zirvəsinə, Türkiyənin Qızılqaya zirvəsinə yürüşlər təşkil olunub. Habelə müxtəlif rayonlarda gənclər arasında şahmat çempionatları, Qubada gənclərin velosiped yürüşü təşkil edilib.

Hesabat məruzəsindən sonra GTM-in icraçı direktoru F.Həsənzadə jurnalistlərin suallarını cavablandırıb, cari ildə həyata keçiriləcək bir sıra yerli və beynəlxalq layihələr barədə məlumat verib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Pentaqon rəhbəri Ukraynaya dəstəyin təfərrüatlarını açıqlayıb

Peter Siyarto: Macarıstan təzyiqlərə baxmayaraq, müstəqil mövqeyini qoruyacaq

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi