Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Gənclər və İdman Nazirliyi yanında Gənclərlə iş üzrə İctimai Şuranın növbəti iclası keçirilmişdir VİDEO

Gənclər və İdman Nazirliyi yanında Gənclərlə iş üzrə İctimai Şuranın növbəti iclası keçirilmişdir VİDEO

Bakı, 8 may (AZƏRTAC, Elvin Mövsümov). Mayın 8-də Gənclər və İdman Nazirliyi yanında Gənclərlə iş üzrə İctimai Şuranın ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr edilmiş növbəti iclası keçirilmişdir.

AZƏRTAC xəbər verir ki, tədbirdə ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

“Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusuna həsr olunmuş iclasda çıxış edən gənclər və idman naziri Azad Rəhimov qeyd etmişdir ki, Şuranın bu iclası daha əlamətdardır. Çünki bu tədbir ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə eyni vaxta təsadüf edir. Nazir dahi rəhbər Heydər Əliyevin gənclərə daim diqqət göstərdiyini, onların problemlərinin həlli üçün mühüm işlər gördüyünü demişdir.

A.Rəhimov Ulu Öndərin müəllifi olduğu dövlət gənclər siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulamışdır. 2016-cı ildə Gəncənin “Avropanın gənclər paytaxtı” seçilməsinin Azərbaycanda aparılan gənclər siyasətinin beynəlxalq səviyyədə tanınmasının nəticəsi olduğunu deyən nazir dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkədə gənclərə göstərilən diqqətdən danışmışdır. Bildirilmişdir ki, on il əvvəl Azərbaycanda 51 gənclər təşkilatı var idisə, bu gün onların sayı 250-ni keçmişdir. Prezident İlham Əliyev gənclərin dövlət quruculuğunda fəal iştirakını zəruri sayır. Bu da gənclərə diqqətin daha da artacağından xəbər verir. Nazir bu baxımdan 2014-cü il gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında dövlətimizin başçısının Sərəncamının əhəmiyyətini yüksək qiymətləndirmişdir.

Gənclər və İdman Nazirliyi yanında Gənclərlə iş üzrə İctimai Şuranın sədri Nurəddin Mehdiyev 1994-cü ildən etibarən fəaliyyət göstərən Şuranın əsas məqsədinin dövlət gənclər siyasətinin həyata keçirilməsi ilə bağlı qərarların qəbulu prosesində gənclərin qeyri-hökumət təşkilatlarının (ictimai birliklər və fondlar) iştirakını təmin etmək olduğunu bildirmişdir.

Xalqımızın ulu öndəri Heydər Əliyevin ölkəmizdə dövlət gənclər siyasətinin əsasını qoyduğunu diqqətə çatdıran N.Mehdiyev Azərbaycan Gəncləri Gününün təsis edilməsini dahi rəhbərin gənclərimizə hədiyyəsi olduğunu diqqətə çatdırmışdır. O, Azərbaycan gəncliyinin bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasətinin əsas hədəflərindən biri olduğunu diqqətə çatdırmışdır. Azərbaycan gəncliyi hər zaman olduğu kimi, bu gün də bu siyasəti dəstəkləyir.

“Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının sədri, Milli Məclisin deputatı Fuad Muradov bildirmişdir ki, Azərbaycan gəncliyi bütün istiqamətlərdə, o cümlədən sosial-iqtisadi sahədə layihələrin həyata keçirilməsində fəal rol oynayır. Çünki Azərbaycan gənclər ölkəsidir. Bu siyasətin təməlini ulu öndər Heydər Əliyev qoymuşdur. O, ulu öndər Heydər Əliyevin gənclərin bilikli, savadlı və intellektual səviyyədə yetişməsi üçün gördüyü işlərdən danışmışdır. F.Muradov gənclərimizin bundan sonra da onlara göstərilən yüksək etimadı doğruldacaqlarını bildirmişdir.

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov çıxışında Azərbaycan gəncliyinin bu gün ölkəmizin haqlı mövqeyini dünyada cəsarətlə dəstəklədiyini vurğulamışdır. O qeyd etmişdir ki, bu gün Azərbaycan gənclərinin səsi dünyanın aparıcı elm mərkəzləri, universitetləri, nüfuzlu təşkilatlarından gəlir. Bu, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu uzaqgörən siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir.

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov ümummilli lider Heydər Əliyevin Azərbaycan gəncliyinin inkişafı ilə bağlı müstəsna xidmətlərindən danışmışdır. Qeyd etmişdir ki, ulu öndər Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə gənclərə xüsusi diqqət göstərmiş, onların sosial problemlərinin həlli istiqamətində tarixi işlər görmüşdür. O bildirmişdir ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsində bu gün gənclərimiz dünyanın nüfuzlu ali təhsil ocaqlarında təhsil alırlar.

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının baş katibi Seymur Hüseynov demişdir ki, gənclərimiz gündən-günə ölkəmizin ictimai-siyasi həyatında daha fəal rol oynayırlar. O, ölkəmizdə gənclər təşkilatlarının uğurla fəaliyyət göstərməsinin Azərbaycan gəncliyinə dövlət dəstəyi nəticəsində mümkün olduğunu vurğulamışdır.

Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının sədri Gülsel Səfərova ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə gəldiyi ilk illərdən gənclərə xüsusi diqqət göstərdiyini vurğulamışdır. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycanın Avropaya fəal inteqrasiya siyasətini həyata keçirməyə başladığını deyən G.Səfərova bu istiqamətdə gənclərə geniş şərait yaradıldığını bildirmişdir. O vurğulamışdır ki, məhz bu siyasətin nəticəsində Azərbaycan gəncləri ölkəmizin Avropaya inteqrasiyasına mühüm töhfə verirlər.

İclasa yekun vuran Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bu gün Azərbaycan cəmiyyətinin ən avanqard hissəsi olan gənclərin ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünü geniş qeyd etdiklərini diqqətə çatdırmışdır.

Bildirilmişdir ki, bu, təsadüfi deyildir. Çünki ölkəmizdə digər sahələr kimi, dövlət gənclər siyasətinin də təməlini xalqımızın ümummilli lideri Heydər Əliyev qoymuşdur.

Müstəqilliyimizin ilk illərində ölkə həyatının bütün sahələri kimi, Azərbaycan gəncliyinin də ağır sosial-iqtisadi böhrana məruz qaldığını vurğulayan Əli Həsənov məhz bu dövrdə bəzi qüvvələr tərəfindən gənclərimizin silahlandırılaraq hakimiyyət uğrunda mübarizəyə cəlb olunduğunu demişdir. Ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra 1994-cü ildə Gənclər və İdman Nazirliyini yaratmış və bununla da gəncliyi birbaşa dövlət siyasətinin hədəfinə çevirmişdir. Ulu Öndərin təşəbbüsü ilə Azərbaycan gəncləri ilə bağlı mühüm tədbirlərin həyata keçirildiyini diqqətə çatdıran Əli Həsənov demişdir ki, bunun nəticəsində biz bu gün Azərbaycan dövlətinin bütün sahələrində sağlam, rəqabətə davamlı gəncliyi görürük. Azərbaycan gənclər siyasətinin təməlində ümummilli lider Heydər Əliyevin ideyaları dayanır. Bu gün Azərbaycan gəncliyi haqlı olaraq öz Ümummilli Lideri ilə qürur duyur, onun ideyalarının daşıyıcıları qismində bütün imkanlarını səfərbər edir və Heydər Əliyevin dövlətçilik və azərbaycançılıq ideyalarını yaşadır, həyata keçirir.

Prezident Administrasiyasının şöbə müdiri demişdir ki, dövlətimizin başçısı İlham Əliyev hakimiyyətə gələndən sonra Azərbaycanda gənclər siyasətinə diqqət daha da artırılmışdır. Çünki Prezident İlham Əliyevin özü də dövlət siyasətinə məhz gənclik sırasından daxil olmuşdur.

Azərbaycan Prezidenti İlham Əliyevin hakimiyyəti dövründə gənclər məsələsinin ölkəmizdə həyata keçirilən bütün dövlət proqramlarında diqqət mərkəzində saxlandığını vurğulayan Əli Həsənov “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı”nı, “Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramını (2007-2015-ci illər)”, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun yaradılmasını və bu qəbildən digər tədbirlərin əhəmiyyətini yüksək qiymətləndirmişdir. Bölgələrdə gənclər evlərinin açılmasının Azərbaycan dövlətinin gənclərlə bağlı siyasətinin reallaşmasını və onların bütün sahələrdə idarəçiliyə, istehsalata, sosial sahələrə cəlb olunmasını şərtləndirdiyini bildirən Əli Həsənov dövlətimizin başçısının ölkəmizdə bütün sahələr üzrə ən çox fərqlənən, nailiyyətlər əldə edən gənclər üçün mükafatların verilməsi barədə Sərəncamını diqqətə çatdırmışdır.

Azərbaycan dövlətinin gənclərlə bağlı siyasətindən danışan Prezident Administrasiyasının şöbə müdiri gənclərin milli mənəvi dəyərlər ruhunda yetişməsi, istedadlı gənclərə xüsusi qayğının göstərilməsi, gənclərin sağlamlığının qorunması, məşğulluqlarının təmin edilməsi, gənc ailələrə və gənclər təşkilatlarına dövlət dəstəyinin artırılmasını bu siyasətin əsas istiqamətlərindən olduğunu diqqətə çatdırmışdır.

Ölkəmizdə gənclər siyasətinin təməlində real işlərin dayandığını bildirən Əli Həsənov Azərbaycan gəncliyinin böyük ümidlər verdiyini, gələcək nəsillərin formalaşmasının uğurla getdiyini vurğulamışdır. O demişdir ki, biz bu gün gələcəkdə hakimiyyətdə bizi əvəzləyəcək yeni nəslin formalaşmasından razıyıq və bu prosesə bütün sahələrdə ciddi diqqət yetirilir.

Gənclər və İdman Nazirliyi yanında Gənclərlə iş üzrə İctimai Şuranın növbəti iclası keçirilmişdir VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bərənin Neapol limanının körpüsünə çırpılması nəticəsində 30-a yaxın insan yaralanıb

Çexiyanın dövlət borcu 136 milyard dollara yüksəlib

ABŞ İsrailə 1 milyard dollarlıq mərmi tədarükü imkanını araşdırır

G7 ölkələri Ukraynanın hava hücumundan müdafiəsini gücləndirəcəklər

Haiti Fransadan milyardlarla ölçülən təzminat tələb edir

Niderland Ukraynaya hərbi yardım göstərmək üçün 200 milyon avrodan çox vəsait ayıracaq

ADA Universitetində keçirilən “Xəzər Hövzəsi Araşdırmaları” proqramı yekunlaşıb

Superliqa: "Beşiktaş" doğma meydanda qalib gəlib

Bakı Kitab Mərkəzində “Azərbaycan İrəvanı” sənədli filmi təqdim olunub

“Bloomberg”: Almaniya yeni “Patriot” batareyaları almağı düşünür

Beynəlxalq Bərpa Olunan Enerji Mənbələri Agentliyinin Assambleyasının 14-cü sessiyası başa çatıb

Stoltenberq: NATO-nun müdafiə nazirləri Ukraynaya daha çox hərbi dəstək verməyə razılaşıblar

Gürcüstanda fəaliyyət göstərən QHT-lərin 90 faizi xaricdən maliyyələşir

BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib

ADAU-da keçirilən fakültələrarası futbol turniri yekunlaşıb

Cəfər Cabbarlının 125 illik yubileyi qeyd olunub

Sərnişin ehtiyatsızlıq səbəbindən metronun stansiya yoluna düşüb

İstanbulda torpaq sürüşməsi baş verib

Cenevrədə keçiriləcək “Türk həftəsi”ndə türkdilli dövlətlərin mədəni irsi tanıdılacaq

Azərbaycan və Qazaxıstanın Xarici İşlər nazirlikləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib

Rus evində “Bakı. Sevgi. Bahar.” festivalı keçirilir

Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib

İlin ilk üç ayında ARDNF-in aktivləri 2,3 faiz artıb

“G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir” – BƏYANAT

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub VİDEO

Tanınmış şair, tərcüməçi Sabir Almazovun xatirəsi anılıb

Energetika naziri: Bu il Azərbaycanda daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub

Dövlət Agentliyinin İdarə Heyətinin sədri Daşkəsən və Göygöl rayon sakinlərinin müraciətlərini dinləyib

Güclü külək Ağstafada bir sıra fəsadlar törədib VİDEO

Azərbaycan və Qazaxıstan Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsini müzakirə edib

Xalq rəssamı Aydın Rəcəbovun 80 illik yubileyinə həsr olunmuş “Bir ömrün naxışları” sərgisi açılıb

Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb

Milli Məclisdə 14 məsələ müzakirə olunub, müvafiq qərarlar verilib YENİLƏNİB

Çin mütəxəssisləri Türkmənbaşı limanının imkanları ilə tanış olublar

Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Ceyhun Bayramov Əlcəzair səfirini bölgədəki cari vəziyyət barədə məlumatlandırıb

® “Bakcell”in baş icraçı direktoru Xankəndidə jurnalistlərlə görüşüb

Azərbaycanda icra edilən ürək əməliyyatı barədə məqalə ABŞ-ın nüfuzlu jurnalında dərc olunub

Hərbi liseyin 53 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib VİDEO

Gürcüstanda yaşayan azərbaycanlılar dövlət proqramları və xidmətlər barədə məlumatlandırılıb

İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib

ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb

Bakıda keçiriləcək beynəlxalq elmi konfransın iştirakçıları Qarabağa səfər ediblər

Əqli Mülkiyyət Agentliyində ixtiraçılıq və patent analitikası mövzusunda təlim keçirilib

® “Azercell”in dəstəyi ilə tələbələr arasında “Techcell” hakatonu keçiriləcək

Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb

“Azərbaycan Hava Yolları” Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub

AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

® “Global Finance” “Kapital Bank”ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb

İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb

Azərbaycan-İtaliya çoxölçülü strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Göyçayda vətəndaşların müraciətlərini dinləyəcək

® Mərkəzi Gömrük Hospitalında “Abbott” şirkətinin nümayəndələri ilə onlayn görüş keçirilib

ADPU-da “Heydər Əliyev dərsləri” davam edir

EMTA ETRA ilə birgə Bakıda beynəlxalq seminar təşkil edib

Naxçıvanda “Sağlam həyat tərzi etibarlı gələcəyin təminatıdır” mövzusunda tədbir təşkil edilib

Kənd Təsərrüfatı Nazirliyi 2024-cü il üçün doktorantura və dissertanturaya qəbul elan edir

Qazaxıstanda yaşayan Qərbi azərbaycanlılar tarixi vətəni görmək arzusunu dilə gətiriblər

Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb

Azərbaycan ilə Yaponiya arasında turizm əlaqələrinin perspektivləri müzakirə olunub

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib

ADPU ilə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi əməkdaşlıq məsələlərini müzakirə edib

FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub

“60 çiçək - bir çələng” almanaxının təqdimatı olub

Sahibkarlarla görüşdə quşçuluğun inkişaf perspektivləri müzakirə olunub

“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans

Türkiyə və İranın xarici işlər nazirləri regiondakı son vəziyyəti müzakirə ediblər

Fransanın səfirini geri çağırması Brüssel görüşündəki gizli razılaşmada nəzərdə tutulanların reallaşdırılmasına xidmət edir - RƏY

“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb

İsveçrədə “tarakanabənzər dron” hazırlanıb

® “PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti”ndə yutubun həmtəsisçisi çıxış edəcək

İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib

Nyu-Yorkda azərbaycanlı gənclərlə şəbəkələşmə görüşü baş tutub

Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Ürək xəstəliklərinə qalib gəlməyin təbii yolları

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib

Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib

“Gənc istedadlar” liseyinin şagirdləri “Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında

Sumqayıtda “Heydər Əliyev irsi” kitabının təqdimatı keçirilib

“Qarabağ atları”, “Böyük alma”, “Əjdaha”... – AĞ ŞƏHƏRDƏN FOTOREPORTAJ

Rəsədxanada ustad dərsi: Günəş sisteminin kiçik göy cisimləri, kometalar

“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb

DİM: 20 dövlət orqanında mövcud olan 43 vakant vəzifə daxili müsahibəyə çıxarılıb

Ödənişi gecikdirilmiş 35 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin edilib

BDU-da çiçəkəkmə aksiyası

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib

Bu il DİN və prokurorluq üzrə qeydə alınan 8 min 930 cinayətin 85 faizi açılıb

CFCM: Fransada islamofobiya halları son dərəcə artıb

Ombudsman fərdi qaydada vətəndaşların müraciətlərini dinləyib

Gəncədə regional müşavirə: Meşə və meşəətrafı ərazilərdə yanğın təhlükəsizliyi

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi Komissiyasının 8-ci görüşünün yekunlarına dair mətbuat açıqlaması VİDEO

Bu il Ağgöl Milli Parkında 78 minə yaxın ornitofauna nümunəsi qeydə alınıb

Faktiki hava: Xınalığa dolu düşüb

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Qazax, Ağstafa və Tovuz sakinlərinin uşaq hüquqları ilə bağlı müraciətlərinə baxılıb

Lavrov: Rusiya Ukrayna ilə bağlı danışıqlara hazırdır, lakin danışıqlar müddətində hərbi əməliyyatlara ara verməyəcək

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 900-VIKQD nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Sergey Lavrov: Avropa İttifaqının Ermənistandakı müşahidə missiyası NATO-nun missiyasına çevrilir