CƏMİYYƏT


Gənclər və İdman Nazirliyinin bəyanatı

Bakı, 16 yanvar, AZƏRTAC 

“Şən və Hazırcavablar Klubları” (KVN) Beynəlxalq İttifaqının Rusiyanın Soçi şəhərində keçirilən 28-ci beynəlxalq festivalının seçmə mərhələsində ümumilikdə 500-ə yaxın komanda qeydiyyatdan keçib. Azərbaycan bu festivala “Bakı yığması” komandası ilə qatılıb.

Beynəlxalq KVN İttifaqının və “AMİK” televiziya yaradıcılıq birliyinin Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma rejim adından fəaliyyət göstərən “С хлебом и солью” və “DeleYaman” KVN komandalarının yanvarın 10-23-də Soçidə keçirilən 28-ci beynəlxalq festivala dəvəti ilə əlaqədar məsələyə müdaxilə edilməsi üçün nazir Azad Rəhimov tərəfindən ittifaqın prezidenti Aleksandr Maslyukova məktub göndərilib və festivalın təşkilat komitəsi ilə danışıqlar aparılıb.

Qoyulan əsas tələb festivalda həmin komandaların Xankəndi adı altında Azərbaycanı təmsil edərək iştirakı, ya da yarışdan ayrılmaları olub. Bununla yanaşı, bu məsələ ilə əlaqədar Xarici İşlər Nazirliyi tərəfindən bəyanat verilib, Rusiya Xarici İşlər Nazirliyinə nota göndərilib.

Qeyd edək ki, Ermənistan yarışın seçmə mərhələsinə, ümumilikdə 5 komanda ilə qatılıb. Bu komandalardan 2-si Xankəndini, 2-si Ermənistanı, 1-i isə “Ermənistan yığması” adı altında Moskvanı təmsil edib. Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejim adından fəaliyyət göstərən “С хлебом и солью” və “DeleYaman” komandalarının iştirakı yalnız 500 komandanın qatıldığı və yanvarın 10-14-də aparılan seçmə mərhələ ilə məhdudlaşıb. Ermənistanın 28-ci beynəlxalq KVN festivalını Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimi təbliğat meydanına çevirmək kimi çirkin niyyəti və planı baş tutmayıb. Ermənistan tərəfi bu uğursuzluğa bəraət qazandırmaq üçün seçmə mərhələdə 500 komanda arasında 2-3 dəqiqəlik “razminka”nı iştirak kimi təqdim etməyə çalışır.

Ermənistan ikinci tura yalnız Moskvada olan “Ermənistan yığması” komandası ilə keçə bilib. Ümumilikdə ikinci mərhələyə 81 komanda vəsiqə qazanıb ki, onların arasında Azərbaycan təmsilçiləri də var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.