Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Gənclər və aztəminatlı ailələrin uşaqları üçün “Yay məktəbi” təşkil edilib

Şahbuz, 23 iyun, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun Himayəçilik Şurası tərəfindən Ağbulaq İstirahət Mərkəzində gənclər və aztəminatlı ailələrin uşaqları üçün “Yay məktəbi” təşkil olunub.

“Yay məktəbi” Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu, Təhsil, Gənclər və İdman, Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Həmkarlar İttifaqları Şurasının iştirakı ilə reallaşıb.

“Yay məktəbi”nin iyunun 10-dan avqustun 13-dək hər qrup üzrə 3 günlük olmaqla keçirilməsi nəzərdə tutulur. Hər qrup tələbə, şagird, sağlamlıq imkanları məhdud uşaq, aztəminatlı ailələrin uşaqları və ya idmançı olmaqla, 60 gənc, 1 həkim və 4 nəzarətçi-müəllimdən ibarət olacaq.

Nəhayət “Yay məktəbi”ndə iştirak etmək üçün sağlamlıq imkanları məhdud uşaqlar və onların valideynlərindən ibarət ilk qrup Şahbuz rayonunun ərazisində yerləşən Ağbulaq İstirahət Mərkəzinə yola düşdü.

Saat 10:00-da Naxçıvan şəhərindən yola düşən avtobusda uşaqların həyəcanını sezmək heç də çətin deyildi. Yanımda əyləşən bir uşaq gözünü qol saatından çəkmirdi. Ondan əvvəlcə adını soruşuram. Çəkinə-çəkinə “adım Lamiyədir”, – deyir. Sonra isə saata niyə belə tez-tez baxmasının səbəbini soruşuram. Bildirir ki, Ağbulağa ilk dəfədir gedir, istirahət mərkəzinə tez çatmağı arzulayır.

Nəhayət, Lamiyənin timsalında Ağbulağa ilk dəfə səfər edən uşaqların gözlədiyi an gəlib çatır.

Avtobusdan səbirsizliklə enən uşaqlar onlar üçün ayrılmış otaqlara yollanırlar. Çox keçmir ki, istirahət mərkəzinin həyətində uşaq gülüşləri pərvazlanır. Gələn kimi qaynayıb-qarışmalarından bəllidir ki, burada çox maraqlı üç gün keçirəcəklər, yeni dostlar qazanacaqlar.

Gün ərzində yeməkdən sonra istirahət mərkəzinin həyətində toplaşan uşaqlar futbol və müxtəlif oyunlar oynayırlar. Ardınca dama yarışı keçirilir. Yarışın qalibləri fəxri fərmanlarla mükafatlandırılırlar. Onlardan biri də Samir İmanquliyevdir. Onunla söhbət edirəm. Samir deyir: “Babək rayonun Xəlilli kəndindən gəlmişəm. İlk dəfədir Ağbulaqda təşkil olunan “Yay məktəbi”ndə iştirak edirəm. Burada olmağımdan məmnunam. Yarışda qalib gəlməyin özü isə ayrıca bir sevincdir”.

Gün ərzində mütaliə olunmuş kitablar müzakirə edilir, “Dolu” filminə baxılır.

“Yay məktəbi”nin ikinci gününə səhər gimnastikası ilə başlayan uşaqlar maraqlı oyunlar oynayır, onlar arasında şahmat yarışı keçirilir. Şahmat yarışının qalibləri fəxri fərmanlarla təltif olunurlar.

Axşam vətənpərvərlik mövzusunda filmə baxdıqdan sonra uşaqlar bir-birləri ilə sağollaşıb yatmaq üçün otaqlarına yollanırlar.

Üçüncü gün... Uşaqlar bilirlər ki, bu gün bir yerdə keçirdikləri sonuncu gündür və onlar axşam geri qayıdacaqlar. Yola düşməklərinə saatlar qalmasına baxmayaraq, uşaqlar bilik yarışında böyük ruh yüksəkliyi ilə iştirak edirlər.

Yarım saatdan sonra hamılıqla şəhərə yola düşürük. Oradan da hərə öz rayonuna, kəndinə yollanır. Üç gün insanlarla dostluq qurmaq, təəssüratlar qazanmaq üçün, fikrimcə, kifayət edir. Yola düşməyə dəqiqələr qalanda onların təəssüratlarını öyrənməyə çalışıram. Lamiyə Əliyeva deyir: “İlk dəfədir ki, ailəmdən uzaq harasa gedirəm. Açığı, gələndə çox darıxırdım. Amma uşaqlarla çox tez qaynayıb-qarışdım. O qədər maraqlı gəzinti oldu ki, üç günün necə gəlib keçdiyini belə bilmədim”.

Pünhan Səfərov: “Bu, mənim Ağbulağa ilk gəlişim deyil. Artıq üçüncü ildir ki, mən təşkil olunmuş bu gəzintilərdə iştirak edirəm. Hər gəlişimdə fərqli uşaqlarla rastlaşmağıma baxmayaraq, qısa zamanda hamısı ilə dostlaşmışam. Elə bu dəfə də. Üç gündür ki, burdayam. Bu dəfə də yaxşı dostlar qazandım, maraqlı oyunlar oynadıq. Evdəkilər üçün darıxmasaydım, gəzintinin daha uzunmüddətli olmağını istəyərdim”.

Anar Qurbanov: “Naxçıvan şəhərindən gəlmişəm. Muxtar respublikada keçirilən şahmat yarışlarının bəzilərində iştirak edib, diplom və fəxri fərmanlar almışam. Buna görə də oyunda qalib olmaq mənim üçün çətin deyildi”.

Cəlal Mürsəlli: “Buranın çox gözəl təbiəti, uşaqların oynamağı üçün də şərait var. Qayıdan kimi evdəkilərə, dostlarıma burada oynadığımız oyunlar haqqında danışacağam. Burada Anarla, Mürsəllə yaxşı dost oldum”.

Şərur rayonunun Ərəbyengicə kəndindən olan Aysu Yusifovanın valideyni Qönçə Şirinova: “Övladlarımız maraqlı üç gün keçirdi. Bir valideyn olaraq sağlamlıq imkanları məhdud uşaqlara göstərilən qayğıya görə dövlətimizə öz minnətdarlığımı bildirirəm. Belə uşaqların səhhəti, təhsili, əyləncəsi üçün muxtar respublikada hər cür şərait yaradılıb. Onlar evə qapanmır, tək qalmır, əksinə, öz həmyaşıdları ilə bir yerdə təhsil alır, parklarda oynayırlar. Bir valideyn kimi buna çox sevinirəm. Belə məqsədyönlü tədbirlər nəticəsində uşaqlarımızın çöhrəsində gülüş görürük. Bir valideyn üçün bundan vacib nə ola bilər ki?”

Bəli, Qönçə xanım haqlıdır. Valideyn üçün övladını xoşbəxt görməkdən vacib heç nə ola bilməz. Valideyn həmişə övladı üçün çalışır, çapalayır, onun yaxşı yaşaması üçün əlindən gələni edir. O, can atır ki, övladı cəmiyyətdə yaxşı mövqe tutsun, rahat, dərdsiz-sərsiz bir həyat yaşasın. Təəssüf ki, bütün uşaqlar dünyaya sağlam gəlmir. Lakin valideyn üçün övlad elə övladdır. Bəzi hallarda sağlamlıq imkanları məhdud uşaqlara baxmaq, nəzarət etmək çətin olsa da, belə hallarda dövlətimiz valideynləri tək qoymur. Dövlətin maddi və mənəvi dəstəyi, qayğısı daim onların üzərində olur. Bu gün muxtar respublikada belə uşaqlar üçün yaradılmış şərait də bunu deməyə əsas verir.

Artıq vaxtdır… Bir-birləri ilə sağollaşan uşaqlar könülsüz şəkildə avtobuslara doğru addımlayırlar. Üç gün ərzində onların çöhrələrindəki təbəssüm, gözlərindəki işıq bu uşaqların Ağbulaqda keçirdikləri xoş saatlardan necə məmnun qaldıqlarını ifadə edirdi.

Növbəti gün bura yeni qrup gələcək. “Yay məktəbi”ndə, ümumilikdə, 840 gənc, 14-ü həkim olmaqla, 70 nəzarətçi-müəllim iştirak edəcək. Burada keçirəcəkləri mənalı günlər onların da xatirəsində həmişəlik yaşayacaq.

Yola düşürük… Bəziləri fikirlərini sözlərlə ifadə edə bilməsə də, hərəkətləri, gözləri ilə sağollaşırlar. Balaca olmalarına baxmayaraq, köksünə sığmayan böyük ürəkləri var onların. Hərdən mənə elə gəlir ki, onlar böyüklərə də səbir və şükür etməyi, güclü olmağı öyrədirlər. Dövlətimizin himayəsi isə bu uşaqlara sevinc bəxş edir. Müdriklərin dediyi kimi, uşaqlar gülərsə, dünya da gülər!

AZƏRTAC –ın Naxçıvan Muxtar Respublikasındakı bürosu

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qırğızıstan Prezidenti Sadır Japarov Bakıda şəhidlərin xatirəsini anıb

BDU-da Karyera Festivalı keçiriləcək

Bakıda Türk Dövlətləri Təşkilatının kosmik agentlik rəhbərlərinin üçüncü toplantısı keçirilir

Fransa aviaşirkətinə məxsus təyyarə Bakıya qəza enişi edib

Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

UNEC-də “Qondarma erməni soyqırımı: iddialar və faktlar” mövzusunda beynəlxalq konfrans keçirilir

Prezident İlham Əliyev və Prezident Sadır Japarov mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-2 VİDEO

Qırğızıstan Prezidenti Sadır Japarov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Dövlət Proqramı çərçivəsində xaricdə bakalavriat və magistratura təhsili – vebinar

Naxçıvanda mobil rabitə siqnalları, televiziya və FM radio yayımlarının qəbul vəziyyəti monitorinq edilib

Mərkəzi Bankın sədri ABŞ-da maliyyə sahəsilə bağlı bir sıra görüşlər keçirib

Xarəzmli Şairə Şəmsin “Gözlərindəki bahar” poetik tablosu

ADPU-da Pedaqoji-psixoloji xidmət laboratoriyası açılıb

Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər  YENİLƏNİB

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumunun iştirakçıları Laçında Həkəri Balıq Təsərrüfatı ilə tanış olublar

Prokurorluq əməkdaşları Mir Cəlal Paşayevin İçərişəhərdə yaşadığı evi ziyarət ediblər

UNEC-in nəzdində Sosial İqtisadi Kollecdə qlobal istiləşmənin yaratdığı problemlər müzakirə olunub

Qazaxıstanda HTP çərçivəsində təqaüdlə təhsil imkanı

İsrail aviasiyası Livanın cənubuna 14 hava hücumu həyata keçirib

Ombudsman: Böyük Britaniyanın minatəmizləmə sahəsində Azərbaycana göstərdiyi dəstək yüksək qiymətləndirilir

Özbək şairin “Söz lətafəti” əsəri Azərbaycan dilində nəşr olunub

Azərbaycan və Gürcüstan voleybol sahəsində əməkdaşlığı genişləndirir

Aparılan monitorinq nəticəsində 53 baş heyvanda bruselyoz xəstəliyinin törədicisi aşkarlanıb

Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvü COP29-da iştiraka dəvət edilib

Respublikanın sabiq baş pediatrının intiharı ilə bağlı cinayət işi başlanılıb YENİLƏNİB

Xətai rayonunda restoranın fəaliyyəti məhdudlaşdırılıb

ƏƏSMN ictimai iştirakçılığın təmin edilməsi sahəsində fəaliyyətinə görə fəxri fərmanla təltif edilib

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu Bolqarıstan mətbuatının diqqət mərkəzində olub

Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb

Fövqəladə Hallar Nazirliyinin yeni internet informasiya resursu istifadəyə verilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin komitə iclasında hökumətin hesabatı müzakirə olunub

Region Liqası: Final oyununun yeri və başlama saatı açıqlanıb

Şəmkir və Gəncə şəhərlərində “Güclü cəmiyyətin zərif simaları" layihəsi çərçivəsində görüşlər keçiriləcək

Qədim pullar - FOTOREPORTAJ

Bakı Mühəndislik Universitetində “Mübariz” filminin təqdimatı olub

İşıqforu az, bəzəkli avtobuslarının sirri olan 30 milyonluq Kəraçi şəhərindən - REPORTAJ

“Le Monde” qəzeti Azərbaycanın regionda yaratdığı yeni reallıqdan bəhs edən məqalə yayıb

Azərbaycan ərazisində aparılan paleoseysmoloji tədqiqatların nəticələri müzakirə olunub

Almaniya Prezidenti Türkiyədə rəsmi səfərdədir

Xüsusi nümayəndə: 2026-cı ilədək Cəbrayıl, Qubadlı, Zəngilana 40 min nəfər köçürüləcək VİDEO

Türkiyə yeni amfibiya gəmisinin dizayn işlərinə başlayıb

BDU tələbələri üçün İtaliyanın Trento Universitetində təhsil imkanı

Azərbaycanın Özbəkistanla müdafiə sənayesi sahəsində əməkdaşlığı üçün yaxşı perspektivlər mövcuddur

Azərbaycan-Ermənistan sülh prosesi barədə ABŞ Konqresinin üzvlərinə məlumat verilib

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təşəbbüsü ilə AzTU-da yeni laboratoriya açılıb

Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb

® “Birbank Biznes”dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası

Birinci sinfə qəbulun müsahibə yolu ilə aparılacağı məktəblər bəlli olub

Naxçıvandan Türkiyəyə ilk dəfə taxıl məhsulları ixrac olunub

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi BBC radiosuna müsahibə verib

“Qarabağ” Abdullah Zubirin Fransa klubuna keçəcəyi ilə bağlı xəbərlərə aydınlıq gətirib

Mütəxəssis: Bəzi peyvəndlər ömürlük immunitet yaradır

Akademik İsa Həbibbəyli pakistanlı nizamişünas alimlə görüşüb

AZƏRTAC-da özbəkistanlı jurnalistlərlə görüş olub VİDEO

İşğaldan azad edilmiş ərazilərdə tələ tipli partlayıcı qurğularla bağlı yeni görüntülər VİDEO

Saray Modul tipli Vərəm Əleyhinə Xəstəxanada 250-dən çox vətəndaşa xidmət göstərilib

Azərbaycanda rəqəmsallaşma və nəqliyyat sahəsində aktual məsələlər AYİB-lə müzakirə edilib

İordaniyanın Baş Prokurorluğu Azərbaycan Baş Prokurorluğunun müsbət təcrübəsinin öyrənilməsində maraqlıdır

Milli Aviasiya Akademiyasında Beynəlxalq Aviasiya və Kosmonavtika Gününə həsr olunmuş tədbir keçirilib

Xaçmazdakı aqroparklarda süd məhsuldarlığında rekord nəticə qeydə alınıb

Azərbaycan-Macarıstan enerji İşçi qrupunun iclası keçirilib

DİM ilə Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzi arasında yeni anlaşma memorandumu imzalanıb

Vəkillər Kollegiyası ilə “Femida Könüllüləri” Təşkilatı arasında Memorandum imzalanıb və “Legal Meetup” keçirilib

MDU-nun əməkdaşı Finlandiyada təlimlərdə iştirak edir

Qırğızıstan Prezidenti Ağdam rayonunda məktəbin tikintisi barədə danışıb

Bakı ötən il ən çox birbaşa xarici investisiya cəlb edən şəhərlərin siyahısında 3-cüdür

Milli Məclisin Elm və təhsil komitəsi iki qanun layihəsini plenar iclasa tövsiyə edib

Naxçıvanda “BOOKFEST” kitab sərgisi keçiriləcək

AzMİU-da təhsil və sənayenin birləşdirilməsinə dair müzakirə aparılıb

Zəngilanın Ağalı kəndində uşağa qayğı ilə bağlı valideynlər üçün tədbir təşkil olunub

Prezident Sadır Japarov: Birgə Bəyannamə Azərbaycan ilə Qırğızıstan arasında strateji münasibətlərin daha dərin xarakterini təsbit edir

ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib

Daşkənddə “Qılınc və qələm” romanının özbək dilində nəşrinin təqdimatı olub

Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərin bərpasında dəstəyinə görə Qırğızıstana təşəkkürünü bildirib

NBA-da müntəzəm mövsümün ən yaxşı oyunçusu bəlli olub

İraq məktəblilərinə Azərbaycan haqqında məlumat verilib

Peter Siyarto Azərbaycana səfərə yola düşüb

Prezidentin xüsusi nümayəndəsi: Əsas səylərimiz 24 kənd, 3 şəhər və 5 yaşayış məntəqəsinin qurulmasına yönəldilib

Bəzi dağlıq və dağətəyi rayonların magistral avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq

Prezident: Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə - 100 milyon dollaradək artıb

Washington Post: ATACMS döyüş meydanında vəziyyəti Ukraynanın xeyrinə dəyişə bilər

Prezident İlham Əliyev: Azərbaycanla Qırğızıstan arasında ticarət dövriyyəsinin artması tendensiyası mövcuddur

On minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq

Bu il Çində satılacaq avtomobillərin 45 faizi elektromobillərin payına düşəcək

“Nokia” Özbəkistanda 5G şəbəkələri quracaq

Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi olub YENİLƏNİB-2 VİDEO

BDU-nun Fizika fakültəsi ilə “Azərbaycan British College” əməkdaşlıq edəcək

Azərbaycan avarçəkənləri lisenziya turnirində iştirak edəcəklər

Prezident İlham Əliyev: Azərbaycan Qırğızıstan ilə bütün istiqamətlərdə fəal qarşılıqlı əlaqələri davam etdirmək əzmindədir

Beynəlxalq elmi-praktik konfrans: “Yaşıl iqtisadiyyat - davamlı inkişafın modeli kimi”

Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası keçirilib YENİLƏNİB-2 VİDEO

“Taliban” İŞİD-ə qarşı mübarizə üçün xüsusi bölmə yaradacaq

Qırğızıstan Qarabağda məktəb tikintisində iştirak edən üçüncü ölkə olacaq

Azərbaycan Prezidenti qırğızıstanlı həmkarını COP29-a dəvət edib

Azərbaycan-Başqırdıstan biznes-forumunda əməkdaşlıq haqqında 2 sənəd imzalanıb

Prezident İlham Əliyev: Qırğızıstan Prezidentinin Azərbaycana səfəri iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin möhkəmlənməsinə töhfə verəcək

İspaniya Baş nazirinin həyat yoldaşına qarşı istintaq başlayıb

Qırğızıstan tərəfindən Ağdamda məktəb binası inşa ediləcək

Azərbaycan tennisçisi beynəlxalq yarışda medal qazanıb