REGİONLAR


Gənclər və idman naziri Göyçayda bölgə vətəndaşlarını qəbul edib

A+ A

Göyçay, 11 oktyabr, Şahnəzər Bəşirov, AZƏRTAC

Gənclər və idman naziri Azad Rəhimov oktyabrın 11-də Göyçay rayonunda vətəndaşları qəbul edib. Qəbulda Mingəçevir, Yevlax, Ağdaş, Ağsu, Bərdə, Göyçay, Kürdəmir, Tərtər, Ucar, Zərdab şəhər və rayonlarından 30-a yaxın sakin iştirak edib.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən qəbulda vətəndaşlar gənclər, idman sahələri, iş ilə təminat, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına qəbul, ipoteka kreditlərinin verilməsi və digər məsələlərlə bağlı müraciət ediblər.

İdman sahəsində edilən müraciətlər fəxri adların, məşqçi dərəcələrinin verilməsi, idmançıların beynəlxalq yarışlarda iştirakına yardım göstərilməsi, idman mərkəzlərinin, Olimpiya İdman komplekslərinin idman avadanlıqları ilə təminatı, rayonlarda Uşaq Gənclər İdman mərkəzlərinin yaradılması, təmirə ehtiyac duyulan idman mərkəzlərinin təmir edilməsi, hərbi vətənpərvərlik mövzusunda idman yarışlarının keçirilməsi və s. ilə bağlı olub.

Gənclər sahəsində isə QHT yaratmaq üçün nazirlik tərəfindən dəstək verilməsi, Gənclər mərkəzlərinin müvafiq avadanlıqlarla təmin edilməsi, gənclərin beynəlxalq səviyyəli tədbirlərə göndərilməsi, yerlərdə respublika səviyyəli tədbirlərin təşkili, müxtəlif düşərgələrin yaradılması, regionlarda fəaliyyət göstərən gənclər evləri arasında əməkdaşlığın qurulması və s. müraciətlər edilib.

Nazir Azad Rəhimov bildirib ki, qəbulun keçirilməsində əsas məqsəd vətəndaşların idman və gənclər sahəsində üzləşdikləri problemlərlə yerində tanış olmaq, onların araşdırılması və həllinə dair tədbirlərin həyata keçirilməsindən ibarətdir.

Qəbulda vətəndaşları narahat edən bəzi məsələlər yerindəcə həllini tapıb, gənclər və idman nazirliyinin səlahiyyətlərinə aid olmayan müraciətlər isə müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.