REGİONLAR
Gənclər və idman naziri Göygöldə vətəndaşları qəbul edəcək
Bakı, 11 iyul, AZƏRTAC
Gənclər və idman naziri Azad Rəhimov iyulun 18-də Göygöl rayonunda vətəndaşları qəbul edəcək.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qəbulda Gəncə, Naftalan, Ağstafa, Daşkəsən, Goranboy, Göygöl, Gədəbəy, Qazax, Samux, Şəmkir, Tovuz rayon və şəhər sakinləri iştirak edəcək. Qəbul saat 11:30-da Heydər Əliyev Mərkəzində (ünvan: Göygöl şəhəri Heydər Əliyev parkı) keçiriləcək.
Qəbula gəlmək istəyən vətəndaşlar Gəncə (050-361-88-71, 050-264-01-51), Naftalan (070-309-45-70, 050-277-67-66), Ağstafa (055-222-85-68), Daşkəsən (050-475-11-81, 055-904-33-44), Goranboy (050-204-66-12), Göygöl (050-225-93-29), Gədəbəy (055-224-70-63, 050-227-04-10), Qazax (050-335-86-81), Samux (070-902-36-53, 050-571-47-00), Şəmkir (050-295-74-74), Tovuz (050-346-85-28) rayon (şəhər) gənclər və idman idarələri ilə əlaqə saxlamalıdırlar.