REGİONLAR


Gənclər və idman naziri İsmayıllıda vətəndaşları qəbul edəcək

A+ A

Bakı, 9 sentyabr, AZƏRTAC

Gənclər və idman naziri Azad Rəhimov sentyabrın 16-da İsmayıllı rayonunda vətəndaş qəbulu keçirəcək. Qəbulda, Şəki, İsmayıllı, Balakən, Oğuz, Qax, Qəbələ, Zaqatala şəhər və rayon sakinləri iştirak edəcəklər.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qəbul saat 11:00-da Heydər Əliyev Mərkəzində (İsmayıllı şəhəri Heydər Əliyev prospekti 57, RİH-in yaxınlığı) keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlar aşağıdakı rayon (şəhər) gənclər və idman idarələri ilə əlaqə saxlamalıdırlar: Şəki - 055 6050000, İsmayıllı - 055 (50) 3110355, Balakən - 055 7221215, Oğuz – 050 (70) 3949404, Qax – 055 (77) 3652500, Qəbələ - 050 (70) 3990633, Zaqatala – 050 (70) 3827813.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.