REGİONLAR


Gənclər və idman naziri İsmayıllıda vətəndaşların müraciətlərini dinləyib VİDEO

A+ A

Bakı, 16 sentyabr, AZƏRTAC 

Gənclər və idman naziri Azad Rəhimov sentyabrın 16-da İsmayıllı rayonunda vətəndaş qəbulu keçirib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qəbulda İsmayıllı, Balakən, Oğuz, Qax, Qəbələ, Şəki və Zaqataladan 25-ə yaxın vətəndaş iştirak edib.

Müraciətlər gənclər, idman, sahibkarlığın inkişafı ilə bağlı kreditlərin verilməsi, iş ilə təminat sahələrini əhatə edib.

Qəbulda gənclər sahəsinə aid müraciətlər qeyri-hökumət gənclər təşkilatlarının yaradılması, layihələrin maliyyələşdirilməsi, onların beynəlxalq səviyyəli tədbirlərdə iştirakı, istirahət düşərgələrinin təşkili, gənclər mərkəzlərinin tikintisi, fəaliyyət göstərən mərkəzlərin müvafiq avadanlıqlarla təminatı məsələləri ilə bağlı olub.

İdman sahəsində isə fəxri adların verilməsi, idman mərkəzlərinin avadanlıqla təmin olunması, bir sıra idman məktəblərində təmir işlərinin aparılması, Olimpiya İdman komplekslərinin, idman qurğularının tikintisi və təmiri, Uşaq Gənclər və İdman mərkəzlərinin və bölmələrin yaradılması ilə bağlı müraciətlər edilib.

Qəbulda bir sıra müraciətlər yerindəcə həllini tapıb. Araşdırılması tələb edilən məsələlər isə aidiyyəti qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.