REGİONLAR


Gənclər və idman naziri Qubada şimal bölgəsindən olan  vətəndaşların müraciətlərini dinləyib VİDEO

Quba, 7 iyul, Elxan Yusifli, AZƏRTAC

İyulun 7-də gənclər və idman naziri Azad Rəhimov Qubada şimal bölgəsindən olan vətəndaşların müraciətlərini dinləyib.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən görüşdə Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonlarından olan 20-dən çox sakin iştirak edib.

Gənclər sahəsində edilən müraciətlər qeyri-hökumət gənclər təşkilatlarının yaradılması, layihələrin maliyyələşdirilməsi, gənclərin beynəlxalq layihələrdə iştirakı, yay istirahət düşərgələrinin təşkili, Gənclər mərkəzlərinin müvafiq avadanlıqlarla təmin edilməsi və fəaliyyəti istiqamətində olub.

İdman sahəsində isə fəxri adların verilməsi, idman mərkəzlərinin idman avadanlıqları ilə təmin olunması, Olimpiya İdman komplesklərinin, idman qurğularının tikintisi və təmiri, Uşaq Gənclər və İdman mərkəzlərinin (UGİM) və bölmələrin yaradılması, idmançıların beynəlxalq yarışlarda iştirakı ilə bağlı müraciətlər üstünlük təşkil edib.

Müraciətlərin bəziləri yerindəcə həllini tapıb. Araşdırılması tələb edilən məsələlər isə aidiyyəti qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.