REGİONLAR
Gənclər və idman naziri Qubada şimal bölgəsindən olan vətəndaşları qəbul edib VİDEO
Quba, 12 fevral, Elxan Yusifli, AZƏRTAC
Fevralın 12-də Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov Qubada şimal bölgəsindən olan vətəndaşları qəbul edib.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən qəbulda Quba, Qusar, Siyəzən, Şabran və Xaçmaz rayonlarından olan 30-dan artıq vətəndaş iştirak edib.
Vətəndaşlar tərəfindən edilən müraciətlər əsasən gənclər, idman, tikinti sahələri, sahibkarlığın inkişafı ilə bağlı kreditlərinin verilməsi və işlə təminatla bağlı olub.
Gənclər sahəsində edilən müraciətlər sırasında isə qeyri-hökumət gənclər təşkilatlarının yaradılması, layihələrin maliyyələşdirilməsi, gənclərin beynəlxalq layihələrdə iştirakı, yay istirahət düşərgələrinin təşkili, gənclər mərkəzlərinin müvafiq avadanlıqlarla təmin edilməsi və s. yer alıb.
İdman sahəsi ilə bağlı edilən müraciətlər isə fəxri adların verilməsi, idman mərkəzlərinin idman avadanlıqları ilə təmin olunması, Olimpiya İdman komplekslərinin, idman qurğularının tikintisi və təmiri, Uşaq Gənclər və İdman mərkəzlərinin və bölmələrinin yaradılması, idmançıların beynəlxalq yarışlarda iştirakı ilə bağlı olub.
Bir sıra müraciətlər yerindəcə həllini tapıb. Araşdırılması tələb olunan məsələlər aidiyyəti qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.