CƏMİYYƏT


Gənclər və idman naziri Qubada vətəndaşları qəbul edəcək

Bakı, 4 iyul, AZƏRTAC

Gənclər və idman naziri Azad Rəhimov iyulun 7-də Quba rayonunda vətəndaşları qəbul edəcək.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qəbulda Quba, Qusar, Siyəzən, Şabran və Xaçmaz rayonlarının sakinləri iştirak edəcəklər.

Qəbul saat 11:00-da Heydər Əliyev Mərkəzində (Quba rayonu, Heydər Əliyev prospekti, Heydər Əliyev parkının ərazisi, rayon icra hakimiyyətinin yaxınlığı) başlanacaq.

Qəbula gəlmək istəyən vətəndaşlar Quba (070 202-27-37, 050 200-27-37), Qusar (070 317-24-13, 055 435-76-16), Siyəzən (050 569-43-76, 055 213-94-38, 055 694-53-76), Şabran (050 351-79-05, 055 612-26-62, 070 202-26-62) və Xaçmaz (050 270-80-60, 055 578-35-99) rayon gənclər və idman idarələri ilə əlaqə saxlamalıdırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.