REGİONLAR


Gənclər və idman naziri Qubada vətəndaşları qəbul edəcək

A+ A

Bakı, 25 avqust, AZƏRTAC

Gənclər və idman naziri Azad Rəhimov avqustun 26-da Quba rayonunda vətəndaşları qəbul edəcək.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qəbulda Quba, Qusar, Siyəzən, Şabran və Xaçmaz rayon sakinləri iştirak edəcəklər. Qəbul saat 11:00-da Heydər Əliyev Mərkəzində (ünvan: Quba şəhəri, Heydər Əliyev prospekti, Heydər Əliyev parkının ərazisi, rayon icra hakimiyyətinin yaxınlığı) keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlar Quba (050-200-27-37, 070-202-27-37), Qusar (055-435-76-16, 070-317-24-13), Siyəzən (055-694-53-76, 050-569-43-76), Şabran (055-612-26- 62, 050-351-79-05), Xaçmaz (055-578-35-99, 050-270-80-60) rayon gənclər və idman idarələri ilə əlaqə saxlamalıdırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.