REGİONLAR


Gənclər və idman naziri Sabirabadda vətəndaşların müraciətlərini dinləyəcək

Bakı, 6 iyun, AZƏRTAC

Gənclər və idman naziri Azad Rəhimov iyunun 7-də Sabirabad rayonunda vətəndaşları qəbul edəcək.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qəbulda Şirvan, Hacıqabul, Neftçala, Saatlı, Sabirabad, Salyan şəhər və rayonlarının sakinləri iştirak edəcəklər.

Qəbul saat 11:00-da Heydər Əliyev Mərkəzində (Sabirabad şəhəri, Heydər Əliyev prospekti, Heydər Əliyev parkının ərazisi) başlayacaq. Qəbula gəlmək istəyən vətəndaşlar Şirvan (055-3334004), Hacıqabul (055-7977696), Neftçala (050-3204242), Saatlı (055-2115650), Sabirabad (050-2068677), Salyan (055-2006665) şəhər və rayon gənclər və idman idarələri ilə əlaqə saxlamalıdırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.