REGİONLAR


Gənclər və idman naziri Sabirabadda vətəndaşların müraciətlərini dinləyib VİDEO

Bakı, 7 iyun, AZƏRTAC

İyunun 7-də gənclər və idman naziri Azad Rəhimov Sabirabad rayonunda vətəndaşları qəbul edib.

AZƏRTAC xəbər verir ki, Sabirabad rayon Heydər Əliyev Mərkəzində təşkil olunan qəbulda Şirvan, Hacıqabul, Neftçala, Saatlı, Sabirabad, Salyan şəhər və rayonlarından, ümumilikdə, 20-dən çox sakinin müraciəti dinlənilib.

Müraciətlər əsasən gənclər, idman, tikinti sahələri, sahibkarlarlığın inkişafı ilə bağlı kreditlərin verilməsi və işlə təminatla bağlı olub.

İdman sahəsi ilə bağlı müraciətlər fəxri adların verilməsi, idman mərkəzlərinin avadanlıqlarla təmin edilməsi, təmirə ehtiyacı olan idman obyektlərinin bərpası, Olimpiya İdman komplekslərinin, idman qurğularının tikintisi və təmiri, idmançıların beynəlxalq yarışlarda iştirakı və s. məsələlərlə bağlı olub.

Gənclər sahəsində isə qeyri-hökumət gənclər təşkilatlarının yaradılması, layihələrin maliyyələşdirilməsi, gənclərin beynəlxalq layihələrdə iştirakı, yay istirahət düşərgələrinin təşkili, gənclər mərkəzlərinin müvafiq avadanlıqlarla təmin edilməsi və fəaliyyəti kimi müraciətlər qeydə alınıb.

Bir sıra müraciətlər yerindəcə həllini tapıb. Araşdırılması tələb edilən məsələlər isə aidiyyəti qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.