CƏMİYYƏT


Gənclər və idman naziri Şirvanda vətəndaşları qəbul edəcək

A+ A

Bakı, 7 dekabr, AZƏRTAC

Gənclər və idman naziri Azad Rəhimov dekabrın 9-da Şirvan şəhərində vətəndaşların qəbulunu keçirəcək.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qəbulda Şirvan, Hacıqabul, Neftçala, Saatlı, Sabirabad, Salyan şəhər və rayonlarının sakinləri iştirak edəcəklər.

Qəbul saat 11:00-da Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatının inzibati binasında (Şirvan şəhəri, Xəqani küçəsi-1, Heydər Əliyev parkının ərazisi) keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlar Şirvan (055-333-40-04), Hacıqabul (055-797-76-96) Neftçala (050-320-42-42), Saatlı (055-211-56-50), Sabirabad (050-206-86-77), Salyan (055-200-66-65) gənclər və idman idarələri ilə əlaqə saxlamalıdırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.