İDMAN


Gənclərdən ibarət taekvando millimiz Kanadadakı dünya birinciliyində 14 idmançı ilə təmsil olunacaq

A+ A

Bakı, 14 noyabr, AZƏRTAC

Azərbaycanın gənclərdən ibarət taekvando üzrə millisi noyabrın 16-20-də Kanadanın Burnabı şəhərində təşkil ediləcək dünya birinciliyində iştirak edəcək.

AZƏRTAC xəbər verir ki, 102 ölkədən 846 taekvandoçunun mübarizə aparacağı yarışda millimiz səkkiz oğlan və altı qız idmançı ilə təmsil olunacaq.

Baş məşqçi Məmməd Abdullayev və böyük məşqçi Zahid Məmmədov dünya birinciliyinə qatılacaq heyətə Ayaz Qəmbərli (45 kq), Cavid Məmmədov (48 kq), Bəhruz Quluzadə (51 kq), Qaşım Maqomedov (55 kq), Əli Məmmədov (59 kq), Nicat Musayev (63 kq), Əliəsgər Əliyev (68 kq) və Mert Çiçeyi (73 kq), qızlardan isə Mehriban Məmmədova (42 kq), Aliyə Zeynalova (44 kq), Nərgiz Mirzəyeva (46 kq), Sevda Pirseyidova (49 kq), Leyla Məmmədova (52 kq) və Diana Hacıəliyevanı (55 kq) daxil edib.

Dörd gün davam edəcək birincilik Burnabi şəhərinin “Bill Copeland” idman arenasında keçiriləcək.

Azərbaycan Taekvando Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayevin rəhbərliyi ilə Kanadaya yollanmış komandamız noyabrın 21-də Vətənə qayıdacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.