İDMAN


Gənclərdən ibarət taekvando üzrə Azərbaycanın millisi Serbiyadakı turnirdə 12 idmançı ilə təmsil olunacaq

A+ A

Bakı, 27 oktyabr, AZƏRTAC

Gənclərdən ibarət taekvando üzrə Azərbaycanın milli komandası oktyabrın 27-də Serbiyaya yollanıb.

AZƏRTAC xəbər verir ki, dünya birinciliyindən əvvəl sonuncu yarışda iştirak edəcək komandamız “G1” kateqoriyalı beynəlxalq turnirdə 12 idmançı ilə təmsil olunacaq.

Baş məşqçi Məmməd Abdullayev və böyük məşqçi Zahid Məmmədov “Serbia Open” açıq birinciliyində oğlanlardan Bəhruz Quluzadə, Ayaz Qənbərli (hər ikisi 45 kq), Cavid Məmmədov (48 kq), Qaşım Maqomedov (55 kq), Əli Məmmədov (59 kq), Nicat Musayev (63 kq), Əliəsgər Əliyev (68 kq), qızlardan isə Mehriban Məmmədova (42 kq), Aliyə Zeynalova (44 kq), Nərgiz Mirzəyeva (46 kq), Leyla Məmmədova (52 kq) və Diana Hacəliyevaya (55 kq) şans verəcək.

Oktyabrın 29-30-da təşkil ediləcək açıq birincilik Belqrad şəhərinin “Pionir” idman arenasında keçiriləcək.

Millimiz oktyabrın 31-də Vətənə qayıdacaq.

Qeyd edək ki, komandamız Kanadada təşkil ediləcək gənclər arasında dünya birinciliyinə noyabrın 16-20-də qatılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.