İDMAN


Gənclərdən ibarət taekvondo yığmamızın 5 üzvü Rusiyadakı turnirdə mükafatçılar sırasında yer alıb

A+ A

Bakı, 25 sentyabr, AZƏRTAC

Moskvada Rusiya Taekvondo Birliyi və İdman Nazirliyi tərəfindən təşkil edilən “Russian Open” beynəlxalq turniri Azərbaycan milli komandası üçün uğurlu olub. G2 dərəcəli yarışa qatılan taekvondo üzrə gənclərdən ibarət yığma komandamızın 5 üzvü mükafatçılar sırasında yer alıb.

Azərbaycan Taekvondo Federasiyasından AZƏRTAC-a bildiriblər ki, sentyabrın 24-də mübarizəyə qoşulan Mamed Abdullayevin yetirmələrindən Əliəsgər Əliyev (68 kq) keçirdiyi bütün döyüşlərdə inamla qələbə qazanaraq yarışın qızıl medalını qazanıb. Komandanın digər üzvlərindən 48 kq çəki dərəcəsində dayanq üzərinə çıxan Cavid Məmmədov və Mehriban Məmmədova (42 kq) finala kimi rəqiblərini yarışdan kənarlaşdırsalarda da həlledici döyüşlər idmançılarımız üçün keçilməz olub və onlar yarışda gümüş medalla kifayətləniblər. Aliyə Zeynalova (44 kq) və Leyla Məmmədova (49 kq) turniri yarımfinal mərhələsində başa vuraraq bürünc medala layiq görülüblər. Beləliklə, gənc yığmamız beynəlxalq turnirdə 1 qızıl, 2 gümüş və 2 bürünc medal əldə edib.

Milli komandamız vətənə sentyabrında 26-da qayıdacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.