QAN YADDAŞI


Gənclərimiz şəhidlərimizin qəhrəmanlıqlarını heç vaxt unutmamalıdırlar

A+ A

Bakı, 20 yanvar, AZƏRTAC

20 Yanvar hadisələri mənim gözümün önündə baş verib. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunları Bakıda ağlasığmaz vəhşiliklər törədərək, gəncləri, qadınları, yaşlıları qətlə yetiriblər. Bu, insanlıq əleyhinə cinayətdir. Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını hər şeydən uca tutan Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucalıblar.

Dəhşətli, faciəli günləri xatırlayan hadisələrin canlı şahidi, ikinci qrup Qarabağ müharibəsi əlili Qiyas Səfərov AZƏRTAC-a müsahibəsində bildirib ki, bu gün gənclərimiz Yasamal rayonunda faciənin 27-ci ildönümü ilə əlaqədar 20 Yanvar meydanındakı abidə kompleksinin önünə gül düzüb, şəhidlərin xatirəsini ehtiramla yad edirlər. Gənclərimiz bu abidəni ziyarət etməklə tariximizi yada salırlar. Bununla da qan yaddaşımız xatırlanır. Bu hadisələr daim bizim yaddaşımızda qalacaq. İllər ötsə də, gənclərimiz bu qəhrəmanlarımızı heç vaxt unutmamalıdırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.