ELM VƏ TƏHSİL


Gənclərin hərtərəfli inkişafında maarifləndirmə işinin böyük rolu var

Bakı, 13 may, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “Tibbi maarifləndirmə” proqramı üzrə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) nəzdində Pedaqoji Kollecdə “Narkomaniyaya “Yox!” deyək” devizi altında tədbir keçirilib. Tədbirdə kollecin və fondun əməkdaşları, tələbələr iştirak ediblər.

ADPU-dan AZƏRTAC-a bildirilib ki, kollec direktorunun müavini Afaq Əliyeva tələbələrə Bilik Fondu ilə əməkdaşlığın təhsil müəssisəsinin həyatındakı rolundan və gənclərin hərtərəfli inkişafında maarifləndirici layihələrin əhəmiyyətindən danışıb.

Bilik Fondunun aparıcı məsləhətçisi Ramilə Qurbanlı “Tibbi maarifləndirmə” proqramı çərçivəsində görülən işlərdən danışıb, sağlam həyat tərzinin təbliği istiqamətində maarifləndirmə işinin vacibliyini vurğulayıb.

Respublika QİÇS-lə Mübarizə Mərkəzinin həkimi Dilşad Mahmudovanın "Sağlam həyatı seçək, narkomaniyaya yox deyək" mövzusunda mühazirəsi maraqla qarşılanıb.

Sonra rejissor Fariz Əhmədovun narkomaniyanın fəsadlarını əks etdirən qısametrajli “Mayak” filmi nümayiş olunub.

F.Əhmədov və D.Mahmudova tələbələrin suallarını cavablandırıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.