REGİONLAR


“Gənclərin məşğulluq probleminin həllində bir addım” proqramı icra olunub

A+ A

Gəncə, 29 noyabr, Rauf Hacıyev, AZƏRTAC 

Prezident yanında Gənclər Fondunun dəstəyi, “Gəncə - 2016 Avropa Gənclər Paytaxtı” və “Odlar Yurdu” İctimai birliklərinin tərəfdaşlığı ilə “Gənclərin məşğulluq probleminin həllində bir addım” proqramı icra olunub.

AZƏRTAC xəbər verir ki, ümumilikdə, 50 gənci əhatə edən layihə çərçivəsində üç gün müddətində peşəkar təlimçi tərəfindən iş axtarmağın yolları, düzgün CV və rezümelərin hazırlanma qaydaları, müsahibədə iştirak etmək kimi təlim və seminarlar keçirilib.

Layihənin keçirilməsində məqsəd “Gəncə - 2016 Avropa Gənclər Paytaxtı” layihəsi çərçivəsində prioritet istiqamətlərdən biri olan gənclərin məşğulluq probleminin həllinə töhfə vermək, onların asudə vaxtlarını səmərəli təşkil etmək, eləcə də gənclərin potensial kadr kimi formalaşmasına dəstək olmaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.