MƏDƏNİYYƏT


“Gəncliyin seçimi – müstəqillik” adlı sərgi açılacaq

A+ A

Bakı, 10 oktyabr, AZƏRTAC

Oktyabrın 14-də İstiqlal Muzeyində Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dekorativ-tətbiqi sənət fakültəsi tərəfindən hazırlanan dövlət müstəqilliyimizin 25 illiyinə həsr olunmuş “Gəncliyin seçimi – müstəqillik” adlı sərgi keçiriləcək.

Muzeydən AZƏRTAC-a bildirilib ki, sərgidə akademiyanın tələbələrinin əsərləri nümayiş olunacaq.

Tədbirdə muzeyin direktoru Fəridə Şəms, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, akademik Ömər Eldarov, Xalq Rəssamı Fuad Salayevin və başqalarının çıxışı nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.