ELM VƏ TƏHSİL


“Gender bərabərliyi gənclərin təqdimatında” mövzusunda tədbir keçirilib

A+ A

Bakı, 27 dekabr, AZƏRTAC

Dekabrın 27-də Gənclər və İdman Nazirliyi və Qərb Universitetinin birgə təşkilatçılığı ilə bu ali məktəbdə “Gender bərabərliyi gənclərin təqdimatında” mövzusunda tədbir keçirilib.

Universitetdən AZƏRTAC-a bildiriblər ki, tədbirdə nazirliyin sektor müdiri Nərmin Aslanbəyova gender bərabərliyi haqqında ətraflı məlumat verib.

BMT beynəlxalq saziş layihələrinin Azərbaycan üzrə əlaqələndiricisi, Xəzər Universitetinin əməkdaşı Xəyalə Məmmədova “İnsan inkişafı konsepsiyası və gender bərabərliyinin təminində dövlət siyasətinin əsas istiqamətləri”, Qərb Universitetinin dosenti Elmira Hacıyeva “Gender mədəniyyətinin formalaşmasına müxtəlif amillərin təsiri”, magistr İrem Şeyma Özdemir “Türkiyə cəmiyyətində gender və qadın məsələləri” mövzularında çıxış ediblər.

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası sədrinin müavini Aysun Zeynalova “Nifrət nitqinə yox!” kampaniyasının prioritet istiqamətlərindən danışıb, gəncləri əməkdaşlığa dəvət edib.

Sonra Qərb Universitetinin tələbələri “Gənc ailələrdə gender problemləri – selektiv abort”, “Azərbaycan ailəsində gender istiqamətinin xüsusiyyətləri – xaricdə təhsil və qızlar” və “Erkən nikahlar” mövzularında səhnəciklər göstəriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.