CƏMİYYƏT


Gender bərabərliyinin nəzərdən keçirilməsi üzrə ikinci konfrans keçiriləcək

Bakı, 7 iyun, AZƏRTAC

Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın rəhbərlik etdiyi nümayəndə heyəti iyunun 12-13-də Vyana şəhərində baş tutacaq gender bərabərliyinin nəzərdən keçirilməsi üzrə ikinci konfransda iştirak edəcək.

AZƏRTAC xəbər verir ki, tədbirin məqsədi ATƏT-in gender bərabərliyi üzrə öhdəliklərinin nəzərdən keçirilməsi və gələcək addımlar üçün təkliflərin müzakirə olunmasıdır. Konfrans yüksək səviyyəli panel və işçi sessiyalarından ibarət olacaq. Dövlət Komitəsinin sədri Hicran Hüseynova gender bərabərliyi və qadın hüquqlarının müdafiəsi haqqında çıxış edəcək.

Gender bərabərliyinin təmin edilməsi sahəsində məsul şəxslərin, ekspertlərin və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirak edəcəyi tədbirdə digər dövlətlərin təcrübə mübadiləsi və ATƏT təcrübəsində qadın hüquqlarının müdafiəsi sahəsində müzakirələr aparılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.