CƏMİYYƏT
Gender və iqtisadiyyat üzrə tematik işçi qrupunun iclası keçiriləcək
Bakı, 22 fevral, AZƏRTAC
Fevralın 27-də Cenevrədə BMT-nin Mərkəzi Asiya İqtisadiyyatları üçün xüsusi proqramının gender və iqtisadiyyat üzrə tematik işçi qrupunun iclası keçiriləcək. Tədbirdə qadınların iqtisadiyyatda irəliləməsi və gender bərabərliyi üzrə BMT-nin dayanıqlı inkişaf məqsədlərinə nail olmaq istiqamətində görülən işlərin müzakirəsi nəzərdə tutulub. Həmin iclasa BMT-nin Mərkəzi Asiya İqtisadiyyatları üçün xüsusi proqramının gender və iqtisadiyyat üzrə tematik qrupunun rəhbəri kimi Azərbaycan sədrlik edəcək.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə komitənin sədri Hicran Hüseynovanın başçılıq etdiyi nümayəndə heyəti iştirak edəcək. H.Hüseynova gender bərabərliyi, qadın hüquqlarının müdafiəsi, qadın sahibkarlığının inkişafı istiqamətində aparılan dövlət siyasəti və bu sahələr üzrə Azərbaycan təcrübəsi haqqında çıxışı nəzərdə tutulub.