DÜNYA


General Əmirəli Hacızadə: İrana qarşı təxribatlar cavabsız qalmayacaq

Tehran, 19 iyun, AZƏRTAC

İslam İnqilabı Keşikçiləri Korpusunun (Sepah) Suriyaya yönəltdiyi raket zərbələri terrorçuların bazasını dağıdıb.

Bu sözləri İslam İnqilabı Keşikçiləri Korpusunun Hava Hücumundan Müdafiə Qüvvələrinin komandanı general Əmirəli Hacızadə bu gün keçirdiyi mətbuat konfransında deyib.

General bildirib ki, Raketlər Suriyanın Diyrəlzur şəhəri ətrafında cəmləşmiş terrorçuların bazasına düşüb və hərbi sursatları məhv edib. Raket zərbəsi nəticəsində heç bir mülki tikiliyə və şəxsə zərər dəyməyib.

Ə.Hacızadə qeyd edib ki, Suriya hökuməti ilə razılaşdırılmış şəkildə 6 raket atılıb. O vurğulayıb ki, İrana qarşı təxribatlar cavabsız qalmayacaq.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.