ELM VƏ TƏHSİL


“General Motors” şirkəti 5 min 300 dollara elektriklə işləyən avtomobil satışa çıxaracaq

Bakı, 10 avqust, AZƏRTAC

Dünyanın ən böyük avtomobil bazarına malik olan Çin hava çirklənməsinin qarşısını almaq və neft xərclərini azaltmaq məqsədilə elektriklə işləyən avtomobillər üçün həm milli, həm də yerli bazada müxtəlif təşviqlər irəli sürür. Bu təşviqlərlə də Çində elektriklə işləyən vasitələrə tələb artmaqdadır. Belə ki, ən iri avtomobil istehsalçılarından olan “General Motors” şirkəti də bu ölkənin təklif etdiyi üstünlüklərdən yararlanaraq çox ucuz yeni bir modellə dünya bazarına girməyi planlaşdırır.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, “General Motors” ikinəfərlik yeni “Baojun E100” modelini 5 min 300 ABŞ dollarına satmağı qərarlaşdırıb. Şirkət artıq bu modelin istehsalı üçün 5 min sifariş alıb. Hər hansı bir lüksü olmayan bu avtomobilin uzunluğu 1,6 metrdir. Otuz doqquz at gücündə mühərrikə malik “Baojun E100” avtomobilinin maksimal sürəti saatda 100 kilometrdir.

Xatırladaq ki, dünyada satılan bütün elektriklə işləyən avtomobillərin 40 faizi Çinin payına düşür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.