Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

General-leytenant Hüseyn Rəsulbəyov-100
Görkəmli general və dövlət xadimi

General-leytenant Hüseyn Rəsulbəyov-100  Görkəmli general və dövlət xadimi

Bakı, 26 iyun, AZƏRTAC

Azərbaycan tarixində elə işıqlı, görkəmli şəxsiyyətlər var ki, neçə onilliklər keçsə də, o insanların şərəfli ömür yolu, özlərindən sonra qoyub getdikləri nəcib işlər və saysız-hesabsız yetirmələri ilə tarixdə silinməz izlər buraxır, adları xalqımızın milli quruculuq tarixinə qızıl hərflərlə yazılır. Bu unudulmaz insanlardan biri də artilleriya general-leytenantı, uzun illər Azərbaycanın rabitə naziri kimi yüksək vəzifədə çalışmış Hüseyn Cümşüd oğlu Rəsulbəyovdur.

AZƏRTAC görkəmli general-leytenant haqqında qeydləri təqdim edir.

Azərbaycanın orta və yaşlı nəsli bu tələbkar, əsl zabit kimi sərt, lakin bir o qədər də ürəyiyumşaq, qayğıkeş və ədalətli insan olan Hüseyn Rəsulbəyovu yaxşı xatırlayır. Ciddi, zəhmətkeş bir insan olan Hüseyn müəllim, necə deyərlər, dünyanın hər üzünü görmüşdü. 1917-ci il iyunun 26-da qədim türk torpağı olan Dərbənddə poçt məmurunun ailəsində dünyaya göz açmış Hüseyn Rəsulbəyovu tale haralara aparmadı? 1932-ci ildə ovaxtkı Orconikidze şəhərində Politexnik Texnikumuna daxil olan gənc burada təhsilini başa vurduqdan sonra bir müddət Şimali Qafqaz Dəmiryolunun Mineralnıye Vodı stansiyasında mexanik işləyir. 1936-cı ildə Leninqrad Siqnalizasiya və Rabitə Mühəndisləri Elektrotexnika İnstitutuna daxil olur. Bu institutu bitirdikdən sonra isə o, F.Dzerjinski adına Qızıl Ordu Artilleriya Akademiyasının dinləyicisi olur. 1941-ci ildə Akademiyanı başa vuran Hüseyn Rəsulbəyov Odessa şəhərindəki Primorsk Qoşunlar Qrupuna göndərilir. Müharibəni də elə burada hava hücumundan müdafiə (HHM) qoşunlarının 15-ci briqadasının mühəndisi kimi qarşılayır. Müharibənin sonunda isə gənc zabit Zaqafqaziya cəbhəsinin 99-cu HHM diviziyasının artilleriya üzrə rəisi idi. 1960-1962-ci illərdə isə artıq mühəndis-texniki xidməti general-mayoru olan Hüseyn Rəsulbəyov Bakı Hava Hücumundan Müdafiə Dairəsi qoşunlarının zenit-artilleriya qoşunları komandanının müavini, 1966-1975-ci illərdə isə komandanı vəzifəsində çalışır. 1968-ci ildə nümunəvi xidmətlərinə görə Hüseyn Rəsulbəyova "artilleriya general-leytenantı" ali hərbi rütbəsi verilir.

Hüseyn Rəsulbəyov orduda olarkən özünün biliyi, təcrübəsi, nüfuzu və qayğıkeşliyi, insanlara, xüsusən də azərbaycanlı kadrlara daim qayğısı ilə yadda qalıb. İstefada olan artilleriya general-polkovniki Tofiq Ağahüseynov onun bu xarakterindən söz açarkən deyir: "General-leytenant Hüseyn Rəsulbəyov Bakı Hava Hücumundan Müdafiə Dairəsinin zenit-raket qoşunlarının komandanı idi. O, mənə çox kömək göstərib. Rəsulbəyov dairə qərargahında işləyirdi, komandan idi, mən isə əvvəlcə polk, sonra diviziya və korpus komandiri oldum. O, hər zaman məni mümkün xoşagəlməz hadisələrlə bağlı xəbərdar edir, qoruyurdu, bu və ya digər şəraitdə necə hərəkət etmək lazım olması barədə məsləhətlər verirdi. Bunun üçün mən ona çox minnətdaram".

Uzun illər general-leytenant Hüseyn Rəsulbəyovla birlikdə işləmiş Bakı Hava Hücumundan Müdafiə Dairəsi Qoşunlarının komandanı, general-polkovnik Fyodor Akimoviç Olifirov yazırdı: "Bəzən elə olur ki, hətta böyük rəhbərlər belə passiv olurlar, vəzifələrinə uyğun təşəbbüs göstərmək əvəzinə, heç nəyə həvəs göstərmirlər. Amma Hüseyn Cümşüdoviç heç vaxt, heç kimdən hər hansı bir xatırlatma və ya tapşırıq gözləmirdi. Həmişə irəlidə gedirdi və hamını da arxasınca çəkib aparırdı. Onun zenit-raket qoşunlarının komandanı kimi ən böyük xidməti ölkənin HHM sistemində əsl istedadlı mühəndis və öz işinin ustası olması idi".

1975-ci ildə ordu sıralarından ehtiyata buraxılan H.Rəsulbəyov elə həmin il Azərbaycanın rabitə naziri vəzifəsinə təyin olunur.

Bu vəzifədə döyüş generalının bir sıra maraqlı idarəetmə xüsusiyyətləri meydana çıxır. O, insanlarla asanlıqla dil tapır, onların problemlərinə diqqət yetirir, hər bir işçinin daha da ucalması üçün şərait yaradır, qayğı göstərir və onların yüksək vəzifələrə təyin edilmələri üçün müvafiq strukturlara təqdimatlar göndərirdi.

H.Rəsulbəyov bu vəzifədə işlədiyi müddət ərzində burada, demək olar ki, rabitə işini tam olaraq yenidən qurdu, texnoloji və mənəvi cəhətdən köhnəlmiş bütün avadanlıqlar yeniləndi, telefon-teleqraf rabitəsi keyfiyyətcə yeni mərhələyə qədəm qoydu. Şəhər və kəndlər telefonlaşdırıldı, beynəlxalq rabitənin inkişafı sahəsində yeni istiqamətlər müəyyənləşdirildi. Kadr məsələlərinə ciddi diqqət yetirildi, rabitəçilərin sosial vəziyyəti xeyli yaxşılaşdırıldı.

Rabitə naziri vəzifəsində işləyərkən də o, hərbidə olan iş üslubuna, rəhbərlik prinsiplərinə sadiq qaldı. 1975-1980-ci illərdə Bakıda şəhərlərarası iki telefon və teleqraf rabitəsi stansiyası tikilib istifadəyə verildi ki, onların avadanlıqlarının hamısı keçmiş Yuqoslaviyadan gətirilmişdi. Şirvan, Astara, Mingəçevir, Qusar və Xaçmaz rayonlarında şəhərlərarası avtomat telefon stansiyaları istifadəyə verildi. Nəhayət, 1980-ci ildə respublikamızın şəhərlərində telefon şəbəkəsinin həcmi 1975-ci ilə nisbətən 1,4 dəfə artdı. Bütün bunlar H.Rəsulbəyovun nazir kimi böyük fəaliyyətinin yalnız bir hissəsi idi.

Hüseyn Rəsulbəyov tarixilik baxımından az yaşadı, ömrünün 67-ci ilində -1984-cü ildə həyata vida etdi. Hüseyn müəllim özündən sonra bir çox xeyirxah işlər, əməllər qoyub getdi. Onun şəxsi iştirakı ilə Baş Poçtamt, Rabitə Evi, rabitə qovşaqları və s. layihələr işlənib hazırlanmış və inşa edilmişdi. Artıq 20 ildən çoxdur ki, Azərbaycan Televiziyası və digər televiziyalar öz verilişlərini Dağüstü parkın yaxınlığında ucaldılmış müasir teleqüllə vasitəsilə bütün dünyaya yayır. Bu teleqüllənin ucaldılması üçün Hüseyn Rəsulbəyov böyük zəhmət sərf edib.

Təəssüf ki, teleqülləni görmək ona nəsib olmadı, amma qədirbilən xalqımız daim şəhərimizə yaraşıq verən bu möhtəşəm qurğuya baxdıqca, onu xatırlayır və inanırıq ki, bu minnətdarlıq və təşəkkürlər Bakımız durduqca daim davam edəcəkdir.

H.Rəsulbəyovun xidmətləri layiqincə qiymətləndirilib. O, Lenin, II dərəcəli Vətən Müharibəsi, Qırmızı Ulduz, Qırmızı Əmək Bayrağı ordenləri və 14 medalla təltif edilib, ona "Azərbaycan SSR-in əməkdar mühəndisi" fəxri adı verilib, VII, VIII, IX və X çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olub.

Hazırda Dərbənd şəhərində həyata göz açdığı küçəyə və təhsil aldığı məktəbə xatirə lövhəsi vurulub. Şəhərin “Döyüş şöhrəti” Muzeyində igid generalın döyüş yolu ilə bağlı geniş ekspozisiya yaradılmış və büstü qoyulub.

Dərbəndin abad prospektlərdən biri general-leytenant H.Rəsulbəyovun adını daşıyır.

Hüseyn Rəsulbəyov özündən sonra bir çox xeyirxah işlər, əməllər qoyub getdi və bu xeyirxah əməllər xalqımızın yaddaşında əbədi olaraq yaşayacaq...

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib

İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib

“Hər şeydən öncə Vətəni sevin”- Rasim Balayev

Xeyrımlı sakinləri kəndlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər VİDEOREPORTAJ

Fövqəladə hallar naziri Göygöl şəhərində vətəndaşları qəbul edib

Tərcümə Mərkəzinin kitabı beynəlxalq sərginin top siyahısında

Vyetnam parlamentinin sədri istefa verib

Türk ekspert: Erməni diasporu və rəsmi Parisin gərginliyi artırmaq cəhdləri faktlar qarşısında iflasa uğrayır

Akademik Zərifə Əliyevanın rəhbərliyi ilə gənc alimlər və həkim-oftalmoloqlar nəsli yetişib

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNİB VİDEO