MƏDƏNİYYƏT
“Generalın son əmri” tamaşasının premyerası olub
Bakı, 20 sentyabr (AZƏRTAC). Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Xalq Şairi Vaqif Səmədoğlunun 75 illik yubileyi münasibətilə, ədibin eyniadlı əsəri əsasında hazırlanmış “Generalın son əmri” tamaşasının premyerası olub.
AZƏRTAC xəbər verir ki, 142-ci teatr mövsümünün ilk premyerası olan tamaşanın quruluşçu rejissoru Xalq Artisti Ramiz Həsənoğlu, quruluşçu rəssamı, Dövlət mükafatı laureatı, Xalq Rəssamı Nazim Bəykişiyev, bəstəkarı Əməkdar İncəsənət Xadimi Cavanşir Quliyevdir.
Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanan tamaşada əsas rolları Xalq Artisti Cəfər Namiq Kamal, əməkdar artistlər Sabir Məmmədov, Mehriban Xanlarova, Almaz Amanova, Ayşad Məmmədov aktyorlar Rövşən Kərimduxt, Rəşad Bəxtiyarov və başqaları ifa ediblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.04.2023 [18:14]
Teatr forumunun vaxtı dəyişdirilib
- 06.04.2023 [21:40]
“Azərbaycan sənədli kino salnaməsi” çərçivəsində növbəti tədbir
- 03.04.2023 [12:47]
Operasevərlər üçün “Bohema” növbəti dəfə
- 03.04.2023 [11:30]
“Jizel” baleti növbəti dəfə səhnədə
- 03.04.2023 [11:22]
Vladivostok teatrı doqquz gün Bakının qonağı olacaq
- 30.03.2023 [14:27]
Muğam Mərkəzinin səhnəsində premyera - “Meyvələrin söhbəti”
- 30.03.2023 [12:19]
Nicat Kazımovun 50 illik yubileyinə həsr olunan sənədli film təqdim olunub
- 29.03.2023 [17:49]