ELM VƏ TEXNOLOGİYA


Genetik Ehtiyatlar İnstitutu ABŞ-ın Şimali Dakota Dövlət Universiteti ilə əməkdaşlıq edəcək

A+ A

Bakı, 11 noyabr, AZƏRTAC 

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Genetik Ehtiyatlar İnstitutu (GEİ) direktorunun elmi işlər üzrə müavini Mehrac Abbasov ABŞ-da üçaylıq elmi ezamiyyətdə olub.

ABŞ Dövlət Departamentinin Fulbright proqramı çərçivəsində həyata keçirilən ezamiyyət çərçivəsində GEİ-nin biotexnologiya şöbəsinin genomika laboratoriyası və Şimali Dakota Dövlət Universitetinin (ŞDDU) bitki patologiyası kafedrasının eyniadlı laboratoriyasında aparılan tədqiqatların əlaqələndirilməsi, birgə magistr və doktorant hazırlığı, beynəlxalq və yerli qrantlarda birgə iştirak etmək üçün müzakirələr aparılıb, razılıq əldə edilib.

GEİ-dən AZƏRTAC-a bildiriblər ki, M.Abbasov ezamiyyət müddətində ŞDDU-nun genomika laboratoriyasında tədqiqatlar aparıb. Yeni nəsil sekvenserlərindən istifadə etməklə genom səviyyəsində tədqiqatların aparılması üçün sekvens əsasında genotipləşdirmə və çoxpraymerli paralel sekvensləmə metodları öyrənilib və Azərbaycan dilində təlimat hazırlanıb. RealTime PCR cihazından istifadə etməklə KASP markerləri ilə təcrübələrin qoyulması üçün metodika mənimsənilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.