ELM VƏ TEXNOLOGİYA


Genetik Ehtiyatlar İnstitutu ilə FAO arasında əməkdaşlıq müzakirə olunub

A+ A

Bakı, 28 iyul, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Genetik Ehtiyatlar İnstitutunun (GEİ) əməkdaşı, biologiya üzrə fəlsəfə doktoru Ayaz Məmmədov İtaliyada beş günlük ezamiyyətdə olub.

GEİ-dən AZƏRTAC-a bildiriblər ki, A.Məmmədov Roma şəhərində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) baş qərargahında Heyvan Genetik Ehtiyatları üzrə Dövlətlərarası İşçi Qrupunun doqquzuncu sessiyasında iştirak edib.

Səfərin əsas məqsədinin heyvan genetik müxtəlifliyi informasiya sisteminin (DAD-IS) FENIX platformasında veb əsaslı statistik sistemə inteqrasiyası, yeni vebsaytın demo versiyası ilə tanışlıq, ev heyvanlarının genetik ehtiyatları ilə bağlı bir sıra sənədlərin müzakirəsi və bununla bağlı yekun hesabatın hazırlanması olduğu bildirilib.

A.Məmmədov regional işçi qrupunun hazırladığı “Heyvan Genetik Ehtiyatları üzrə Qlobal Fəaliyyət Planının həyata keçirilməsi və yenilənməsi”, “Heyvan Genetik Ehtiyatları üzrə Qlobal Fəaliyyət Planının həyata keçirilməsi üçün Maliyyələşdirilmə Strategiyası”, “Heyvan Genetik Ehtiyatlarından müştərək istifadənin faydası və əlyetərlilik”, “Çoxillik Fəaliyyət Proqramı” adlı sənədlərin müzakirələrində iştirak edib.

Dövlətlərarası İşçi Qrupu tərəfindən hazırlanmış hesabat geniş müzakirədən sonra qəbul olunub.

A.Məmmədov FAO-nun Heyvan Genetik Ehtiyatları Bölməsinin bir sıra əməkdaşları ilə görüşlər keçirib. Görüşlərdə FAO-nun müvafiq strukturları ilə GEİ arasında əməkdaşlığın daha da gücləndirilməsi imkanları müzakirə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.