SİYASƏT


Gennadi Burbulis: Heydər Əliyev humanist qərarları ilə dünya siyasətinə müdriklik gətirib

İstanbul, 11 may, АZƏRTAC

Heydər Əliyev həm böyük siyasi və dövlət xadimi, həm də humanist bir insan kimi insanların məhəbbətini qazanıb. O, humanist qərarları ilə dünya siyasətinə müdriklik gətirib.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Rusiya Federasiyasının sabiq dövlət katibi, 2010-cu ildən Moskva Beynəlxalq Universitetinin politosofiya və fəlsəfə elmləri kafedrasının müdiri Gennadi Burbulis bildirib. O, Ümummilli Liderlə bağlı xoş xatirələrini bölüşərək deyib: “Hər dəfə Heydər Əliyevlə ünsiyyətdə olduğum zaman bir daha görürdüm ki, insanların rifahı, xalqların dostluğu, tərəqqi və inkişaf onun üçün həyat amalıdır. Heydər Əliyev öz xalqını hər zaman uca tutmaqla bərabər, xalqlar və millətlər arasında dostluğa, qardaşlığa da bir o qədər önəm verirdi. Mən həmişə qürur duyuram ki, Heydər Əliyevi tanımışam, onunla ünsiyyətdə olmuşam. Biz Azərbaycan-Rusiya münasibətlərinə dair çox mühüm məsələləri birgə müzakirə etmişik”.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.