ELM VƏ TƏHSİL


Genuyada müasir dövrdə Azərbaycan və İtaliya fəlsəfəsinin qarşılıqlı təsiri mövzusunda müzakirələr

Bakı, 18 may, AZƏRTAC

İtaliyanın Genuya şəhərində ölkələrimiz arasında əlaqələrin yaradılmasının 25-ci ildönümünə həsr olunan beynəlxalq konfrans təşkil edilib. Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə İnstitutunun direktoru, professor İlham Məmmədzadə, beynəlxalq əlaqələr şöbəsinin müdiri Zöhrə Əliyeva, aparıcı elmi işçi Elsever Səmədov Genuya Universitetinin dəvəti ilə iştirak ediblər.

İnstitutdan AZƏRTAC-a bildiriblər ki, konfransda “Müasir dövrdə Azərbaycan və İtaliya fəlsəfəsinin qarşılıqlı təsiri” mövzusunda məruzə ilə çıxış edən İ.Məmmədzadə ölkələrimiz arasında qurulan əlaqələrə fəlsəfənin təsirindən danışıb. O, həmçinin Heydər Əliyev Fondunun İtaliyada gördüyü uğurlu işlər və ötən il Roma Papası Fransiskin Azərbaycana səfərinin əhəmiyyəti barədə geniş məlumat verib.

Konfrans müvafiq mövzu ilə bağlı qarşılıqlı müzakirələrlə davam etdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.