ELM VƏ TƏHSİL
Geologiya və Geofizika İnstitutu ili uğurlu nəticələrlə başa vurur
Bakı, 28 dekabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya və Geofizika İnstitutunda səmərəli elmi-tədqiqatlar aparılıb.
Geologiya və Geofizika İnstitutundan AZƏRTAC-a bildiriblər ki, bu il müəssisədə beş problem üzrə 14 mövzuda 25 elmi-tədqiqat işi görülüb. Ümumilikdə səkkiz elmi-tədqiqat işi başa çatdırılıb, altı qrant layihəsinin icrası tamamlanıb, altı qrant layihəsi üzrə tədqiqatlar davam etdirilir.
Eyni zamanda, institut əməkdaşlarının 87 elmi əsəri çap olunub. Müəssisə alimləri xarici nəşrlərdə 38 elmi məqalə dərc etdiriblər. Həmin məqalələrdən 26-sı impakt faktorlu jurnallarda çap olunub.