ELM VƏ TEXNOLOGİYA


Geologiya və Geofizika İnstitutunda elmi şuranın növbəti iclası olub

A+ A

Bakı, 30 sentyabr, AZƏRTAC

Sentyabrın 30-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya və Geofizika İnstitutunda elmi şuranın növbəti iclası keçirilib.

İnstitutdan AZƏRTAC-a bildiriblər ki, elmi müəssisənin direktor müavini, geologiya-mineralogiya elmləri doktoru Dadaş Hüseynov tədbiri açaraq gündəlikdəki məsələlərlə bağlı məlumat verib.

Tədbirdə “Azərbaycan Respublikasının iqtisadiyyatının davamlı inkişafında su amili” mövzusunda məruzə ilə çıxış edən institutun hidrogeologiya və mühəndisi geologiya şöbəsinin rəhbəri, geologiya-mineralogiya elmləri doktoru Yusif İsrafilov ölkəmizdə mövcud içməli su ehtiyatlarından və əhalini su ilə təmin etmək üçün hazırkı potensialdan danışıb. Çoxillik tədqiqatlarının nəticələrini açıqlayan Y.İsrafilov dünya miqyaslı problemə çevrilmiş içməli su çatışmazlığının Azərbaycan ərazisinə təsirsiz ötüşmədiyini bildirib.

Tədbirdə, həmçinin Beynəlxalq Elmlər Akademiyaları Assosiasiyası ilə əməkdaşlıq çərçivəsində aparılan müştərək tədqiqatlar, Naxçıvan Muxtar Respublikasının geoloji ensiklopediyasının tərtibi ilə bağlı işlər, magistratura üzrə kadr hazırlığı və 2016-cı ildə magistraturaya qəbul haqqında məruzələr dinlənilib.

İclas kadr və digər məsələlər haqqında müzakirələrlə davam etdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.