ELM VƏ TƏHSİL
Geologiya və Geofizika İnstitutunda gənc alimlərin növbəti elmi seminarı keçirilib
Bakı, 25 oktyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya və Geofizika İnstitutunda (GGİ) magistrant, doktorant və gənc alimlərin növbəti elmi seminarı keçirilib.
GGİ-dən AZƏRTAC-a bildiriblər ki, tədbirdə institutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, Yer elmləri üzrə fəlsəfə doktoru, dosent Orxan Abbasov ətraf mühitin çirklənməsinə qarşı elmi-tədqiqatların əhəmiyyətindən danışıb. Vurğulanıb ki, bu baxımdan seminarın mövzusu xüsusi aktuallıq daşıyır.
Sonra GGİ-nin çökmə hövzələrinin flüid dinamikası şöbəsinin əməkdaşı Günel Vəliyevanın “Şəhərsalmaya uğramış ərazilərin təbii və texnogen çirklənmə mənbələri” mövzusunda məruzəsi dinlənilib.
Sonda mövzu ilə bağlı müzakirələr aparılıb, suallar cavablandırılıb.